BolgeXeber.Com » Xəbərlər » Asif Ağayev sahibkarlara belə zülüm edir - Prezidentə şikayət olundu

Asif Ağayev sahibkarlara belə zülüm edir - Prezidentə şikayət olundu

24-03-2017, 16:13
Oxunub: 2 658 Asif Ağayev sahibkarlara belə zülüm edir - Prezidentə şikayət olunduŞamaxi rayon İcra Hakimiyyəti 29.11.2016-ci il 138 sayli sərəncam ilə bizimlə baglanmiş oldugu torpaq icarəsi müqaviləsini birtərəfli ləgv etməklə,torpaq sahələrinin alinmasini qət etmişdir

Hörmətli DİA.az saytının rəhbəri xahiş edirik bizim problemlərimizi öz saitinizdə işiqlandirasiniz. Hörmətli Cənab Prezident. Şamaxi rayon İcar Hakimiyyətinin sərəncami ilə istifadəmizdə (icarəmizdə)heyvandarlıgın inkişaf etdirilməsi ücün qiş və yay otlaq sahələri ayrılmişdir. Qanuna müvafiq qaydada 15-il müddətinə torpaq icarəsi müqavilələri baglanmiş və təsdiq edilmişdir.İcarəyə verilmiş torpaq sahələri təyinatı üzrə məqsədyönümlü istifadə edilmişdir.Bununla belə,baxmayaraq ki,hal-hazırda torpaq icarəsi haqqında müqavilə qüvvədədir və bu sahələrə ,,Torpaqların dövlət ehtiyacları ücün alınması haqqında,, Azərbaycan Respublikasının Qanununun 3-cü madəsində nəzərdə tutulan,torpagın alinmasina əsas verən hec bir dövlət ehtiyacları yoxdur. Şamaxı rayon İcra Hakimiyyəti 2016-ci ilin dekabir ayinda bildiriş ünvanlayaraq məlum etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.09.2016- ci il tarixli 516.S sayli sərəncami ilə rayonun PADAR masivində olan qiş otlaq sahələrinintəyinati dəyişdirilərək əkin torpaqları kataqoriyasına aid edilmişdir.

Eyni zamanda,həmin bildirişdə məlum edilmişdir ki,Şamaxı rayon İcra Hakimiyyəti 29.11.2016-ci il 138 sayli sərəncam ilə bizimlə baglanmiş oldugu torpaq icarəsi müqaviləsini birtərəfli ləgv etməklə, torpaq sahələrinin alinmasını qət etmişdir. Bununla bizim hüquqlarımız və qanunla qorunan mənafelərimiz pozulmuşdur. Torpaq sahəsini icarəyə götürmüş icarəçi sahibkarlar olaraq öz mövcudluğumuzun iqtisadi əsasini təşkil edən qoyunculuq fermamızı ,icarəmizdə,istifadəmizdə və sahiblik hüququmuzda olan qiş otlaq sahələri olmadan saxlaya bilmərik və müqavilə üzrə hüquq münasibətlərinə vaxtindan əvvəl xitam verilməsi icarəci olaraq biz və bizim ailəmiz ücün,hətta icarəyə verənin-Şamaxı rayon İcra Hakimiyyətinin əsaslı mənafeləri ilə haqq qazandırıla bilməyən mənfi nəticələr törədəcəkdir.

Buna görə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.20.2-ci maddəsinin tələblərinə uygun olaraq icarə müqavilələri bütün hallarda nəzərə almaqla ağila batan olan vaxtadək bərpa olunsun və ya uzadılsın.Əgər icarəyə verən Şamaxı rayon İcra Hakimiyyəti müqavilə üzrə hüquq münasibətlərinin əvvəlki şərtlərlə davam etdirilməsinə razıliq verə bilmirsə,onda xahiş edirik ki,hüquq münasibətləri agıla batan şəkildə Dəyişdirilmiş şərtlərlə davam etdirilsin. Hal-hazırda məlum olmayan odur ki,gələcəkdə təxminən 650 ailə və ya 3500-4000 nəfər insan haradan dolanacaq,harada işləyəcək,nə yeyəcək və nə geyinəcək sual altındadir. 255000-300000 baş davar,8000-9000 baş qaramal,1500-1700 baş iş heyvanları və 1600 baş çoban itləri haraya yerləşdiriləcəyi ücün Şamaxı rayon İcra Hakimiyyəti tərəfindən hec bir tədbir görülmür.
Yazdıqlarımızla əlaqədar olaraq Sizdən xahiş edirik ki, 1)Bizim şikayətimiz Azərbaycan Respublikasının möhtərəm Prezidenti hörmətli İlham Əliyev cənablarına catdırılsin. 2)Şamaxı rayon İcra Hakimiyyətinin 29.11.2016 ci il tarixli sərəncami biz sahibkarlarin hüquqlarini və qanunla qorunan hüquqlarini kobud surətdə pozduguna gorə və hec bir qanuni əsasi olmadigı ücün ləgv edilsin və icarəsi müqavilələrimiz bərpa olunsun. 3)Şamaxı rayon İcra Hakimiyyətinin hüquqa zidd əmələrinə son qoyulsun.
Hörmətlə, Şamaxı rayonunun heyvandarlıq sahəsində sahibkarliq fəaliyyət həyata kecirən gənc sahibkar,YAP- fəal üzvü, Azəarbaycan Respublikasının idman ustası Salahov Togrul Saleh oglu tərəfindən.