BolgeXeber.Com » Xəbərlər » Abşeronda dəhşətli qətl: arvadını və onun bacısı qızını qətlə yetirdi

Abşeronda dəhşətli qətl: arvadını və onun bacısı qızını qətlə yetirdi

25-03-2017, 10:17
Oxunub: 2 258 Abşeronda dəhşətli qətl: arvadını və onun bacısı qızını qətlə yetirdiAbşeron rayonunda kişi həyat yoldaşını və onun bacısı qızını qətlə yetirib

Bolgexeber.com-un "report"a istinadən xəbərinə görə, hadisə rayonun Xırdalan şəhərində baş verib.

Belə ki, Heydər Əliyev küçəsində yerləşən evlərdən birində Abşeron sakini (hələlik adı açıqlanmır) 1964-cü il təvəllüdlü həyat yoldaşı Hüseynova Faraiz Zakir qızının başına küt alətlə vurmaqla onu qətlə yetirib. Həmin şəxs daha sonra F.Hüseynovanın bacısı qızı, 1999-cu il təvəllüdlü Anur-Təbrizi Rahilə Əsgər qızının başına küt alətlə vurmaqla onu da öldürüb.

Faktla bağlı cinayət işi başlanılıb. Qətli törədən şəxs Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

R.Anur-Təbrizinin valideynləri vəfat etdiyindən o, xalası F.Hüseynovanın himayəsində yaşayırmış. Qız hadisədən iki gün əvvəl nişanlanıb.