BolgeXeber.Com » İdman » Buffon 1000-ci oyununu keçirir

Buffon 1000-ci oyununu keçirir

25-03-2017, 11:55
Oxunub: 3 295 Buffon 1000-ci oyununu keçirirDÇ-2018-in seçmə mərhələsi çərçivəsində İtaliya Albaniyanı qəbul edir. Apasport.az saytının məlumatına görə, matç “skuadra azzura”nın qapıçısı Canluici Buffon üçün xüsusilə əlamətdardır

Belə ki, əfsanəvi “çərçivə qoruyucusu” bu oyunla birlikdə peşəkar karyerasında 1000-ci dəfə meydana çıxır.

Karyerası ərzində “Parma” və “Yuventus” klublarında çıxış etmiş Cici hələ ki futbol tarixinin ən bahalı qapıçısıdır. Belə ki, o, 2001-ci ildə Turin klubuna keçərkən “qoca sinyora” onun üçün 53 milyon avro ödəmişdi.

Buffon 1997-ci ildə debüt etdiyi milli komanda ilə 5 dəfə dünya çempionatında iştirak edib və bir dəfə 2006-cı ildə Almaniyadakı mundialda çempion adını qazanıb.