BolgeXeber.Com » Siyasət » Belarus müxalifətinin lideri saxlanılıb

Belarus müxalifətinin lideri saxlanılıb

25-03-2017, 12:06
Oxunub: 2 950 Belarus müxalifətinin lideri saxlanılıbÖtən gecə Varşavadan vətənə qayıdan 2010-cu ilin prezident seçkilərində namizəd olmuş Vladimir Neklyayev Brest dəmiryolu stansiyasında saxlanılıb

SalamNews Belarus saytlarına istinadən xəbər verir ki, Neklyayev Belarus müxalifət nümayəndələrindən və fəallarından ibarət nümayəndə heyəti tərkibində Polşanın paytaxtı Varşavada yerli siyasətçilərlə görüşüb, martın 23-də isə Polşa Seymində diskussiyalarda iştirak edib.

V.Neklyayevin və həmkarı Nikolay Statkeviçin daxil olduğu Belarus Milli Konqresi bu gün Minskdə keçirilməli olan etiraz aksiyalarının məsuliyyətini üzərinə götürüb.

Bildirək ki, son həftələr ərzində Belarusda 300 nəfərə yaxın vətəndaş saxlanılıb və mühakimə olunub.

“Apostrof” saytının məlumatına görə, Belarus prezidenti Aleksandr Lukaşenko ölkədə sabitliyi “Ukrayna variantı” ilə pozmağa yönəlmiş cəhdlərin reallaşmasına yol verməyəcək.