BolgeXeber.Com » Xəbərlər » İmişli rayonu hər sahədə inkişaf edir

İmişli rayonu hər sahədə inkişaf edir

30-05-2017, 13:06
Oxunub: 3 580 İmişli rayonu hər sahədə inkişaf edirİmişli kənd təsərrüfatı ilə bərabər sənaye sahəsində də böyük potensialı olan rayonlarımızdan biridir

Bərəkətli Mil düzündə yerləşən bu rayonda uzun onillər ərzində geniş və səmərəli irriqasiya sistemləri yaradılıb ki, İmişlidən olan fermerlər son illər bu məhsuldar torpaqlarda yüksək məhsul toplayırlar. Rayonda hazırda çox sayda emal və sənaye müəssisələri mövcuddur. Burada minlərlə rayon sakini çalışır.

İmişli rayonunun özəl xüsusiyyətlərindən biri də onun bir neçə rayonu birləşdirən avtomobil yollarının üzərində yerləşməsidir. Bundan başqa, İmişlinin ərazisinin geniş bir hissəsindən dəmir yolu xəttinin keçməsi də rayonun sosial-iqtisadi inkişafına müsbət təsir göstərir. Rayon ərazisindəki çox sayda daş və çınqıl karxanaları da mövcuddur ki, bu, təkcə İmişlidə deyil, qonşu rayonlarda, bütövlükdə, bölgədə tikinti və quruculuq işlərinin sürətlənməsinə təkan verib.

Son günlər İmişlidə qazlaşdırma prosesi sürətlə inkişaf edir. Təkcə mart ayı ərzində rayonun 10-a yaxın kəndi təbii qazla təmin olunmuşdur. Məzrəli və Çaxırlı kəndlərinə qaz verilməsi ilə bağlı keçirilən tədbirdə iştirak edən "Bölgə TV" əməkdaşları sakinlərdən müsahibələr alaraq onların icra nümayəndəliyi haqqında fikirlərini öyrənmişdilər.
Sakinlər isə rayonun icra nümayəndələyindən öz razılıqlarını bildirərək təşəkkürlərini bildirmişdilər: "Geridə qalan bir neçə xırda problem var ki, onların da qısa zamanda öz həllini tapacağına inanırıq."- deyə sakinlər bildirmişdilər.
İmişli RİH-nin başçısı Vilyam Hacıyev sakinlərlə görüşlərdə dəfələrlə qeyd edir ki, dövlət başçısı möhtərəm İlham Əliyevin bir an belə azalmayan qayğısı nəticəsində İmişlidə bu gün çox sağlam mühit və işgüzar ab-hava yaranıb. Onun sözlərinə görə, hazırda rayonda demək olar ki, bütün fermer və iş adamları dövlətimizin qayğısından ruhlanaraq daha böyük həvəslə işləməyə, qurub-yaratmağa çalışırlar.
Bəli, indi İmişlidə bütün sahələr üzrə sürətli inkişaf davam edir. Unutmaq olmaz ki, İmişli, ilk növbədə, kənd təsərrüfatı rayonudur. Burada təcrübəli fermerlərə, səriştəli mütəxəssislərə həmişə xüsusi hörmət və qayğı olub. Onların daha da yaxşı çalışmaları, məhsul bolluğu yaratmaları üçün hər cür şərait yaradılır. İmişli Rayon İcra Hakimiyyətininn rəhbərliyi bu gözəl ənənəni bu gün də uğurla davam etdirməyə çalışır.

İmişli rayonu bu gün ölkəmizdəki rayon mərkəzləri arasında xüsusi-səliqə sahmanı və özünəməxsus gözəlliyi ilə seçilir. Bu il şəhərdə aparılan geniş abadlıq və quruculuq işlərinin nəticəsində şəhərin siması daha da gözəlləşdirilmiş, son dərəcə müasirləşmişdir.

Hal-hazırda da İmişli rayonunda yüksək keyfiyyətli tikinti işləri aparılır. Hazırda inşa edilən obyektlər sırasına 50 min tonluq taxıl anbarı, Araz Damazlıq Quşçuluq MMC, İmişli Şəkər zavodunun nəzdində Kəllə qənd zavodu daxildir.
Bununla yanaşı rayonda saiknlərin daha rahat gediş-gəlişinin təmin olunması naminə Hacıqabul-Bəhrəmtəpə-Horadiz Magistral avtomobil yolunun Dünya Bankının vəsaiti hesabına əsaslı təmir olunması nəzərdə tutulmuşdur.

Bəli, İmişli rayonu bu gün bütün sahələrdə sürətli inkişaf tempini qoruyub saxlayır. Bu uğurlar, əlbəttə, rayonun sıravi sakinlərdən tutmuş məsul işçilərə qədər hamının birgə, gərgin və səmərəli əməyinin nəticəsində mümkün olur. Bu uğurlarda hamının payının olması hər bir İmişli sakini üçün qürurvericidir!
Bolgexeber.com