BolgeXeber.Com » İdman » Azərbaycan millisinin hər futbolçusuna 100 min manat veriləcək

Azərbaycan millisinin hər futbolçusuna 100 min manat veriləcək

25-03-2017, 16:49
Oxunub: 3 174 Azərbaycan millisinin hər futbolçusuna 100 min manat veriləcəkƏgər Dünya çempionatı 2018-in sabahkı seçmə matçında Almaniyaya uduzmayacaqlarsa, Azərbaycanın yığmasının futbolçuları AFFA-dan böyük məbləğdə mükafat alacaqlar

“Azerifootball”ın məlumatına görə, qələbə qazanacağı təqdirdə əsas heyətin oyunçuları hərəyə 100 min, əvəzetməyə çıxmış futbolçular 75 min, ehtiyatda qalmış və personal üzrə oyunçular 50 min manat alacaqlar.

Əgər Azərbaycan yığması heç-heçə oynasa, onda əsas heyətin futbolçuları 75 min alacaqlar. Matçın gedişində oyuna girən futbolçuya bu məbləğin 75, ehtiyatda olanlara və personala isə 50 faizi veriləcək.

Xatırladaq ki, Azərbaycan – Almaniya matçı martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq və saat 20:00-da başlanacaq.