BolgeXeber.Com » Xəbərlər » “Xoşqədəm mənə dedi ki, çıx efirdə ağla, sənə kömək edək”

“Xoşqədəm mənə dedi ki, çıx efirdə ağla, sənə kömək edək”

25-03-2017, 19:11
Oxunub: 2 739 “Xoşqədəm mənə dedi ki, çıx efirdə ağla, sənə kömək edək”3 övlad anası Vüsalə Seyidova yoldaşı Samir Seyidovun özünü asaraq öldürməsindən sonra bir çox problemlərlə üzləşdiyini deyir

Onun sözlərinə görə yoldaşı ilə 2003-cü ildə sevərək ailə qurublar. Lakin qayınanası və qaynı tərəfindən qəbul edilməyiblər. Məhz elə bu səbəbdən də yoldaşına dəfələrlə anası və qardaşı tərəfindən basqılar olub , yeni bir qadınla evlənməsi istənilib. Əslində yeni bir xanım da tapıblar. Vüsalə Seyidovanın dediyinə görə, bu xanım onun qardaşının keçmiş arvadı Xətirə Əzməmmədova olub.

Samir Seyidovun intihar etməmişdən bir neçə saat əvvəl bir çox şeyləri etiraf etdiyini deyən Vüsalə Seyidova onu da bildirdi ki, Samir Xatirə ilə eşq yaşadığını və uşaqlarının olacağını deyərək bundan anasının da xəbəri olduğunu boynuna alıb. İndi Vüsalə Seyidovanın əsas problemi yoldaşının ölümündən sonra qaynanası və qaynı tərəfindən 3 övladı ilə çölə atılmasıdır. Binəqədi Rayon məhkəməsində bununla bağlı onun xeyrinə qərar çıxarılsa da sonradan qərarın səbəbsiz qarşı tərəfin lehinə dəyişdirildiyini deyən xanım şikayətçi etdiyi müraciətlərin baxılmamasından və hətta televiziyaların məsələyə laqeyid münasibətindən gileylidir.(sfera)