BolgeXeber.Com » Xəbərlər » Saxta dərmanların satışı və boşanmalarla bağlı Femida H.T Hüquq Mərkəzində konfrans keçirilib

Saxta dərmanların satışı və boşanmalarla bağlı Femida H.T Hüquq Mərkəzində konfrans keçirilib

27-03-2017, 10:59
Oxunub: 7 635 Saxta dərmanların satışı və boşanmalarla bağlı Femida H.T Hüquq Mərkəzində konfrans keçirilibTədbirdə Azərbaycana gətirilən saxta dərman preparatlarının satışa çıxarılması və aptek işçilərinin qanunsuz olaraq bu dərmanları şəhər sakinlərinə satmasından söhbət açılıb

Bolgexeber.com xəbər verir ki,dünən hüquqşünas Hakim Hüseynovun təşkilatçılığı ilə mətbuat konfransı keçirilib. Femida H.T Hüquq Mərkəzinin idarə heyətinin sədri, hüquq eksperti İsmayıl Zalov yeni işlərin həyata keçirilməsi məqsədilə xarici ölkəyə səfərə getdiyi üçün onun əvəzinə sədr müavini və hüquq şöbəsinin müdiri Vüqar Tumasov tədbirdə iştirak edib. Tədbirdə Azərbaycana gətirilən saxta dərman preparatlarının satışa çıxarılması və aptek işçilərinin qanunsuz olaraq bu dərmanları şəhər sakinlərinə satmasından söhbət açılıb.
Həmçinin tədbirdə boşanma iddalarından da söhbət edildi.
"Əgər məhkəmələrdə rüsumlar artırılsa, boşanmaların sayı və cavan ailələrin dağılma ehtimalı daha az olar."- deyə Hakim Hüseynov cavan ailələrə öz təkliflərini bildirərək belə hallara yox deyib.
Sonda tədbirdə iştirak edən qonaqlar tədbirin keçirilməsində əsas pay sahibi olduğu üçün Hakim Hüseynova öz təşəkkürlərini bildiriblər.
Bolgexeber.com