BolgeXeber.Com » Xəbərlər » "Prokurorluq peşəsi ağır, eyni zamanda şərəfli peşədir!"- ümummilli lider Heydər Əliyev

"Prokurorluq peşəsi ağır, eyni zamanda şərəfli peşədir!"- ümummilli lider Heydər Əliyev

27-03-2017, 12:29
Oxunub: 2 049 "Prokurorluq peşəsi ağır, eyni zamanda şərəfli peşədir!"- ümummilli lider Heydər ƏliyevBu gün isə prezident İlham Əliyev ümümmilli lider Heydər Əliyevin yolunu inamla davam etdirir

"Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda çox şərəfli, hörmətli peşədir. Mən arzu edərdim ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız. Arzu edərdim, çalışasınız ki, Azərbaycan vətəndaşı kimi, eyni zamanda Azərbaycan prokuroru kimi hörmətli, şərəfli olasınız. Azərbaycan Prokurorluğunun inkişaf etməsinə dövlət qayğısı bu gün də, gələcəkdə də olacaqdır".
Heydər ƏLİYEV

Ümummilli lider Heydər Əliyevin dövlətçilik iradəsilə gerçəkləşən bu reallıq Azərbaycan Prokurorluğunun cəmiyyətdə və dövlət təsisatları sırasında tutduğu yeri müəyyənləşdirməklə, bu orqana göstərilən yüksək qayğının və hərtərəfli dəstəyin təzahürü kimi hər bir əməkdaşımızda böyük qürur hissi doğurur.
İnsan hüquq və azadlıqlarının təminatı müasir dünyada demokratik inkişafın ayrılmaz hissəsinə, bəşəriyyətin mənəvi-hüquqi, siyasi ideallarının ali təzahurünə çevrilməklə vətəndaş cəmiyyətinin başlıca meyarı sayılır. Hər bir dövlətin müstəqilliyini şərtləndirən, onu əbədiləşdirən amillər ilk növbədə qanunların aliliyinin təminatından, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi keyfiyyətindən asılıdır.
Ümummilli lider Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra respublikada qanunun aliliyinin təmin olunmasını, vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasını özünün başlıca fəaliyyət prinsiplərindən elan etmiş və bu ali məqsədlərin gerçəkləşdirilməsi üçün çoxşaxəli islahatlar aparmışdır.
Bu gün isə prezident İlham Əliyev ümümmilli lider Heydər Əliyevin yolunu inamla davam etdirir.
Buna ən bariz nümunə kimi Azərbaycan Respublikası Baş Prokurorluğunun yarandığı gündən bu yana saxladığı inkişaf tempini göstərmək olar.
Ölkəmizdə insan hüquq və azadlıqları sahəsində ixtisaslaşmış nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığının aktiv fazaya keçməsi prokurorluq orqanlarında islahatların yeni mərhələdə də davam etdirilməsi zərurətini şərtləndirmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, baş prokuror Zakir Qaralovun bölgələrdə vətəndaşları qəbul edir və həmin görüşlərdə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərə baxılır.
Prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı olaraq "Bolgexeber.com" əməkdaşları bölgələrdə və paytaxt Bakıda sorğular keçirib. Həmin sorğulardan alınan nəticədən bəlli olur ki, vətəndaşlar da prokurorluq orqanlarının fəaliyyətindən tam razıdır: "İl-ildən bütün dövlət qurumlarında, həmçinin prokurorluq orqanlarında inkişaf gedir və bu, açıq-aşkar hiss olunur. İmkan olduqca baş prokuror Zakir Qaralovun keçirdiyi qəbul görüşlərində də iştirak etmişik. Prokurorluğun səlahiyyətində olan məsələlər müzakirə olunub. Əməliyyat-axtarış tədbirləri nəticəsində korrupsiyaya qarşı ciddi mübarizə aparılır ki, bu da bizi sevindirir. Cinayətkarlar öz layiqli cəzalarını alırlar."- deyə vətəndaşlar bildiriblər.

Prokurorluğun hər bir əməkdaşı bu orqana dövlət səviyyəsində göstərilən etimadın məsuliyyətini dərindən dərk etməklə, işlərini həmin müasir tələblər səviyyəsində qurmaq, prokurorluqda formalaşmış sağlam iş mühitini daha da möhkəmləndirmək, cəmiyyətdə prokurorluğa artan ictimai etimadı qoruyub saxlamaq üçün bütün qüvvələrini səfərbərliyə almışdır.
Prokurorluq orqanları ölkəmizdəki mütərəqqi islahatların reallaşdırılması istiqamətində xidmət göstərərək, digər dövlət təsisatları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin, dövlətçiliyimizin maraqlarının cinayətkar qəsdlərdən qorunması, cinayətkarlığa qarşı mübarizə və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi işində yaxından iştirak edirlər.
Bolgexeber.com