BolgeXeber.Com » Bölgə » Bərdədə Novruz bayramı ilə bağlı silsilə tədbirlər keçirilib-FOTO

Bərdədə Novruz bayramı ilə bağlı silsilə tədbirlər keçirilib-FOTO

27-03-2017, 13:53
Oxunub: 12 789 Bərdədə Novruz bayramı ilə bağlı silsilə tədbirlər keçirilib-FOTOBərdə Regional Mədəniyyət və Turizm İdarəsi Novruz bayramı ilə əlaqədar silsilə tədbirlər təşkil edir

Azərbaycanın ən əziz və əlamətdar bayramlarından olan Novruz bayramı milli ruhumuzun, qədimliyimizin zəngin çalarlarıdır. İllər, əsirlər ötməsinə baxmayaraq Novruz bayramı xəlqi ruhumuzun özünəməxsusluğunu qoruyub saxlayıb. Bu gün Novruz bayramı Azərbaycanda dövlət səviyyəsində qeyd olunur.

Bayramın özünəməxsus çalarları vardır. Novruzun əsas atributlarından biri də səmənidir: "İnsanın həyatında taxıl, yumurta yeni doğuluşu simvolizə edən elementlərdir. Novruz elə bir geniş mənaya malik bayramdır ki, Şərqdə minillərdən bəri qeyd edilir. Şübhəsiz, Novruz bayramı ilkin, əsas arxetipləri səviyyəsində xalqımızın qədim köklərinə bağlı olan, heç bir mədəniyyət tərəfindən verilməmiş, heç kəsdən götürmədiyimiz öz bayramımızdır".

Bolgexeber.com xəbər verir ki, Novruz adət-ənənələrinin təbliği, qeyd olunması, nəsildən nəsilə ötürülməsi və xalqımızın qədim tarixinin yaşadılması üçün Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi də öz növbəsində müxtəlif tədbirlər, konsert proqramları, səhnəciklər təşkil edir. Bu tədbirlər Regional İdarənin tabeliyində olan bütün müəssisələrdə təşkil olunur.

Regional İdarənin Bərdə nümayəndəliyində təşkil olunan tədbirlərdə xalqımızın qədim adət-ənənləri nümayiş etdirilir. Əhali arasında bayram əhval ruhiyyəsi yaradılır.

Bərdə şəhər 1, 4 nömrəli uşaq incəsənət məktəbləri, 2, 3 nömrəli uşaq musiqi məktəbləri , Divanlı, Kətəlparaq və Kolayır kənd uşaq musiqi məktəblərində təşkil olunan tədbirlərdə məktəbin şagird və müəllim kollektivinin iştirakı ilə geniş miqyaslı tədbirlər keçirildi. Bu tədbirlər bu günlərdə düşmənlə təmas xəttində yerləşən hərbi hissələrin şəxsi heyətinin qarşısında da təqdim olunmaqdadır.

Bərdə Rayon Mədəniyyət Mərkəzi, mərkəzin nəzdində fəaliyyət göstərən klub və mədəniyyət evlərində də Novruz bayramı geniş şəkildə qeyd olunur.

Bərdə rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə təşkil olunan konsert proqramında idarə və müəssisə rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri, həmçinin şəhərə təşrif buyurmuş yerli və xarici turistlər yaxından iştirak edib. Konsert proqramı öncə Novruz bayramına həsr olunmuş sərgilərin nümayişi ilə başladı. Sərgidə xalqımızın qədim tarixini əks etdirən eksponatlar, suvenirlər, milli mətbəximizə aid ləziz şirniyyatlar və sözsüz ki, Novruz bayramının simvolları olan Səməni, boyadılmış yumurtalar nümayiş olunurdu. Bundan başqa kəndirbaz, kosa və keçəlin oyunu iştirakçılara maraq dolu anlar yaşatdı. Tədbirin konsert hissəsini Mədəniyyət Mərkəzinin “Qarabağ xalq çalğı alətləri ansamblı” tədqim etdi. İfa edənlərdən ansamblın solistləri Reyhan Rəcəbova, Firdovsi Məmmədov, Tərgül Bərdəli, Ərəstun Əliyev və digər bölgələrdən o cümlədən Bakı şəhərindən təşrif buyurmuş ifaçılardan Sevinc Qasımova, Məhəbbət Səfərov, Zərnigar Mustafayeva, Misir Məmmədov, Elxan Quliyev, Arzu Həsənova iştirakçılara bayram dolu gözəl əhval-ruhiyyə yaşatdılar. Tədbir sonda Bahar Qızının Novruz tonqalına od vurması ilə yekunlaşdı.

Mərkəzin Kələntərli kənd Mədəniyyət evi, Nazırlı kənd Mədəniyyət evi, Kolayır kənd xalq yaradıcılığı evi, Mollaəhmədli kənd klubu, Mustafaağalı kənd Mədəniyyət evi, Saatlı kənd Mədəniyyət evi, Qəhrəmanlı kənd Mədəniyyət evi, Bala Göyüşlü kənd xalq yaradıcılığı evi, Bala Göyüşlü kənd Folklor klubu, Zümürxan kənd Mədəniyyət evi, Vəliuşağı kənd Mədəniyyət evi, Otuzikilər kənd Folklor klubu, Yeni Əyricə Xalq yaradıcılığı klubu, Yeni Əyricə kənd Mədəniyyət evi, Bala Qəcər kənd klubu, Hacallı kənd Folklor klubu və digərləri özünəməsus bayram şənlikləri qeyd ediblər.

Bərdə rayon Mərkəzi kitabxana Sistemində də Novruz bayramını məxsusi rəngarəngliyi ilə qeyd olunur. Sistemin nəzdində fəaliyyət göstərən bütün kitabxana filiallarında bayram tədbirləri qeyd olunmaqdadır.

Regional İdarənin Yevlax şəhər nümayəndəliyi də öz növbəsində Novruz bayramını geniş olaraq silsilə tədbirlərlə qeyd edir. Tədbirlərdə Novruz adət-ənənələrini əks etdirən səhnəciklərin nümayişi xüsusi bir maraq oyadır.
Yevlax Şəhər Mədəniyyət Mərkəzi və onun filialları olan, Şəhər Yaradıcılıq evi, Heydər Əliyev Sarayı, bir neçə şəhər klublarının təşkilatçılığı ilə “Xonçalı Novruz gəlir” adlı ədəbi-bədii, musiqili tədbir təşkil olundu. Yevlax Şəhər Mədəniyyət Mərkəzinin direktoru, Respublikanın “Əmakdar Mədəniyyət işçisi” Eldəniz Mustafayevin rəhbərliyi ilə təşkil olunan tədbirdə “Sahil” vokal inistrumental ansamblı çıxış edirdi. Ansamblın solistləri müğənni və xanəndələr Ədalət Əkbərov,Rəşad Hüseynov,Vasif Əsgərov,Rəşad Şükürov,Elşad Ehtramoğlu, Xan Məmmədov, Orxan Əkbərov və bir neçə gənc müğənnilər rəngarəng proqramlarla çıxış etdilər. Şəhər Mədəniyyət Mərkəzinin filialı olan Şəhər Yaradıcılıq evinin direktoru Respublikanın “Əmakdar Mədəniyyət işçisi” Zöhrə Adgözəlovanın hazırladığı Bəşir Səfəroğlu adına Xalq teatrının aktyorları Qurban Əliyev, Taleh Əzimov, Fəridə Həsənova, Teymur Mustafayev, Mətləb Nəbiyev xüsusi şücayət göstərərək Dədə Qorqud, Bahar qızı, Keçəl, Kosa, Gombul obrazlarında meydana çıxaraq tədbirin ahənginə yeni çalarlar gətirdilər. Bayramlar bayramı olan “Novruz” tədbirində, Bərdə Rayon Mədəniyyət Mərkəzinin əməkdaşları da qonaq qismində iştirak edirdilər. Tədbirdə Bərdə Rayon Mədəniyyət Mərkəzinin “Qarabağ xalq çalğı alətləri ansamblı”nın solistləri Sabir Mustafayev, Respublikanın “Fəxri Mədəniyyət İşçisi” xanəndə Reyhan Rəcəbova xüsusi məharətlə ifa etdikləri musiqiləri Yevlax sakilərinə ərməğan etdilər. Bundan başqa tədbirdə kəndirbazlar, idmançılar, Uşaq Yaradıcılıq Mərkəzinin rəqs qrupu Novruz ahənginə uyğun çıxışlar etdilər.

Sonda bir qrup insanlara bayram hədiyyələri paylanıldı. Yevlax Şəhər Mədəniyyət Mərkəzinin filiallarından olan Balçılı, Varvara kənd folklor evləri və Hacımahmudlu kənd Diyarşünaslıq klubunda da Novruz bayramı ilə bağlı tədbirlər təşkil olundu. Tədbirlərdə kənd əhalisi böyük maraqla iştirak edirdi.

Regional İdarənin Mingəçevir şəhər nümayəndəliyi də öz növbəsində elimizin əziz bayramı olan Novruz bayramını qeyd etdi. Nümayəndəliyin tərkibində olan bütün müəssisələrdə bayram tədbirləri geniş olaraq keçirildi.

Şəhid A.Niftəliyev adına Mədəniyyət Mərkəzində “Novruz gəlir, yaz gəlir” adlı tədbir təşkil olundu. Mədəniyyət Mərkəzinin birləşmiş ansamblının müşayiəti ilə keçirilən tədbirdə mərkəzin N.Nərimanov adına filialının bədii rəhbəri Elsevər Məmmədov, mərkəzin S.Vurğun adına filialının müdiri Abbas Məmmədov və Aytəkin Əhmədovanın ifasında bayram əhval-ruhiyyəli musiqilər səsləndirildi. Milli geyimli uşaqlar şən musiqi sədaları altında rəqs etdilər. Mədəniyyət Mərkəzinin həyətində qurulmuş böyük bayram tonqalını Dədə Qorqud və Bahar qızı alovlandırdı. Tədbir iştirakçıları tonqal ətrafında yallı gedərək şən nəğmələr səsləndirdilər. Kosa və keçəlin tədbir iştirakçıları ilə yumurta döyüşü böyük sevinclə qarşılandı. Tədbirdə mədəniyyət işçiləri, şəhər ictimaiyyəti, idarə və təşkilat rəhbərləri, həmçinin şəhərə təşrif buyurmuş qonaqlar iştirak edirdi.

Regional İdarənin Tərtər rayon nümayəndəliyində də Novruz bayramı geniş miqyasda qeyd olnur. Tədbirlər mədəniyyət müəssisələrində olmaqla yanaşı təmas xəttində olan hərbi hissələrdə də qeyd olunur. Belə ki, uşaq musiqi məktəbi, mədəniyyət evləri və klubların təşkilatçılığı ilə şənlik proqramları təşkil olunaraq bayram sovqatları paylanılır.

Tərtər rayon Mədəniyyət Mərkəzində Novruz bayramı münasibəti ilə konsert proqramı təşkil edildi. Konsert proqramında Mədəniyyət Mərkəzinin bədii özfəaliyyət dərnəyinin üzvləri, Uşaq musiqi məktəbinin müəllimləri yaxından iştirak edirdi. Konsert proqramında yazın gəlişinə həsr edilmiş vətəni, torpağı vəsf edən musiqilər, aşıq havaları səsləndirildi.

Konsert proqramı zamanı Tərtər şəhər Mərkəzi Meydanında qurulmuş “Novruz tonqalı” alovlandırılaraq ətrafında yallı rəqsi oynanıldı. Tədbirdə Mədəniyyət müəssisələri, idarə və təşkilatların işçiləri, həmçinin şəhər ictimaiyyəti iştirak edirdi.

Tərtər rayon Mədəniyyət Mərkəzi tərəfindən rayon ərazisində yerləşən “N” saylı hərbi-hissədə Novruz Bayramı münasibəti ilə növbəti konsert proqramı təşkil edildi.

Konsert proqramı hərbi-hissədə xidmət göstərən əsgər və zabitlər tərəfindən böyük coşğu ilə qarşılandı və səsləndirilən ifalar dəfələrlə alqışlandı.

Konsert proqramından sonra bayram sovqatları hərbi-hissənin əsgər və zabit heyətinə təqdim edildi.

Tərtər rayon Mərkəzi Kitabxana Sistemində xalqımızın Milli bayramı olan Novruza həsr olunmuş tədbir təşkil edildi. Tədbiri Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Tərtər rayon üzrə nümayəndəsi Gündüz Mürsəlov açaraq bütün mədəniyyət işçilərini əziz bayram münasibəti ilə təbrik etdi. Sonra Tərtər rayon MKS-nin direktoru Ulduzə Qurbanova və digərləri çıxış edərək, Novruz adət-ənənələrindən, bayrama xas elementlərdən söhbət açdılar. Novruzun Azərbaycan xalqına ən qədim və əziz bayram olduğunu bir daha qeyd etdilər. Məktəblilər bahar bayramına həsr olunmuş şerlər söylədilər.
Bərdədə Novruz bayramı ilə bağlı silsilə tədbirlər keçirilib-FOTO
Bərdədə Novruz bayramı ilə bağlı silsilə tədbirlər keçirilib-FOTO
Bərdədə Novruz bayramı ilə bağlı silsilə tədbirlər keçirilib-FOTO
Bərdədə Novruz bayramı ilə bağlı silsilə tədbirlər keçirilib-FOTO
Bərdədə Novruz bayramı ilə bağlı silsilə tədbirlər keçirilib-FOTO
Bərdədə Novruz bayramı ilə bağlı silsilə tədbirlər keçirilib-FOTO
Bərdədə Novruz bayramı ilə bağlı silsilə tədbirlər keçirilib-FOTO
Bərdədə Novruz bayramı ilə bağlı silsilə tədbirlər keçirilib-FOTO
Bərdədə Novruz bayramı ilə bağlı silsilə tədbirlər keçirilib-FOTO
Bərdədə Novruz bayramı ilə bağlı silsilə tədbirlər keçirilib-FOTO
Bərdədə Novruz bayramı ilə bağlı silsilə tədbirlər keçirilib-FOTO
Bərdədə Novruz bayramı ilə bağlı silsilə tədbirlər keçirilib-FOTO
Bərdədə Novruz bayramı ilə bağlı silsilə tədbirlər keçirilib-FOTO
Bərdədə Novruz bayramı ilə bağlı silsilə tədbirlər keçirilib-FOTO
Bərdədə Novruz bayramı ilə bağlı silsilə tədbirlər keçirilib-FOTO