BolgeXeber.Com » Xəbərlər » Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi Novruz bayramı münasibəti ilə Hərbi hissələrdə konsert verib-FOTO

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi Novruz bayramı münasibəti ilə Hərbi hissələrdə konsert verib-FOTO

27-03-2017, 19:03
Oxunub: 21 778 Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi Novruz bayramı münasibəti ilə Hərbi hissələrdə konsert verib-FOTOBərdə Regional Mədəniyyət və Turizm İdarəsi Novruz bayramı münasibəti ilə Hərbi hissələrdə konsert şənlikləri təşkil edir

Zəngin mədəniyyətə, tarixə malik olan xalqımızın əsirlərdən bəri bizə gəlib çıxmış bayramları vardır ki, bu bayramların qədimliyinə, gözəliyinə görə seçilənlərdən biri və birincisi Novruz bayramıdır. Elimizin bizə olan bu zəngin mirası bundan sonrada qorunub saxlanacaqdır.

Bütün müəssisə və təşkilatlarda olduğu kimi kimi Novruz bayramı Bərdə Regional Mədəniyyət və Turizm İdarəsində də qeyd olunur. Regional İdarə tabeliyində olan nümayəndəliklərlə birlikdə mədəniyyət müəssisələrində, istirahət və əyləncə parklarında, həmçinin bilavasitə düşmənlə təmas xəttində yerləşən hərbi hissələrdə də bayram konsertləri təşkil edir. Belə ki, Regional İdarənin nəzdində fəaliyyət göstərən uşaq musiqi məktəblərinin , o cümlədən klub müəssisələrinin özfəaliyyət kollektivləri ordumuzun “N” nömrəli hərbi hissələrində olaraq hərbi hissələrin şəxsi heyətlərinin qarşısında konsert proqramı ilə çıxışlar edirlər.

Regional İdarənin Bərdə rayon nümayəndəliyinin tabeliyində olan Divanlı, Kolayır, Kətəlparaq kənd və 2, 3 nömrəli şəhər uşaq musiqi məktəblərinin kollektivləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Bərdə rayonunda yerləşən hərbi hissələrində olaraq əsgər və zabitlərimizin Novruz bayramlarını təbrik etdilər. Təşkil olunan tədbirlərdə çıxışlar edilərək diqqətə çatdırıldı ki, -:“ Silahlı Qüvvələrimizin formalaşmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri vardır və ulu öndərin ordu quruculuğunun təkmilləşməsinə böyük önəm vermişdir”.
Bundan başqa şəxsi heyəti ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin, dövlətçiliyinin, milli mənafelərinin qorunub saxlanmasında hər zaman ayıq-sayıq dayanmağa və həmişə olduğu kimi yenə də belə məğrur dayanmağa çağırışlar edilib. Daha sonra Novruz bayramına həsr olunmuş bayram şənliyi şəxsi heyətə təqdim olunub. Tanınmış incəsənət ustalarının və rəqs kollektivlərinin ifasında rəngarəng nömrələr şənliyə daha da maraq qatıb. Sonra şəxsi heyətə Regional İdarə və uşaq musiqi məktəbləri adından bayram sovqatları paylanılıb. Hərbi hissə komandanlıqları isə öz növbələrində göstərdikləri xidmətlərə görə Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin əməkdaşlarına Fəxri Fərmanlar təqdim ediblər.

Regional İdarənin Tərtər rayon nümayəndəliyində də Novruz bayramı geniş şəkildə keçirilməkdədir. Yurdumuzun zənginliyini özündə əks etdirən bayram bu günlərdə düşmənlə təmas xəttində yerləşən hərbi hissələrdə də qeyd olunur. Belə ki, Regional İdarənin Tərtər rayon nümayəndəliyinin tabeliyində olan uşaq musiqi məktəbinin kollektivi, həmçinin, klub müəssisələrinin özfəaliyyət kollektivləri bilavasitə ön xətdə düşmən qarşısında şücaətlə, qəhrəmanlıqla dayanan əsgər və zabit heyətimizin qarşısında konsert proqramları ilə çıxış edirlər. Onları bu şərəfli və ləyaqətli yolda daima məğrur dayanmağa yeri gəldikcə layiqincə cavabların verməyə çağırırlar. Bundan başqa təşkil olunan konsert proqramlarında bayram və milli vətənpərvərlik ruhunda musiqi nömrələri səsləndirilərək şəxsi heyətin bayram əhval-ruhiyyəsini daha da yüksəldilir. Sonra əsgərlərə bayram sovqatı paylanaraq onlara çətin və şərəfli xidmətlərində uğurlar arzulanıb. Hərbi hissə komandanlıqları isə Regional İdarə və Tərtər rayon nümayəndəliyinə minnətdarlıq bildirərək bir sıra əməkdaşları Fəxri Fərmanla təltif ediblər.

Regional İdarənin Yevlax şəhər nümayəndəliyi də hərbi hissələrdə olaraq əsgər və zabit heyəti ilə görüşlər keçirdi. Belə ki, Malbinəsi kənd Uşaq musiqi məktəbi, Aran qəsəbə uşaq musiqi məktəbinin kollektivi, həmçinin, şəhər Mədəniyyət Mərkəzi və onun filialları olan, Şəhər Yaradıcılıq evi, Heydər Əliyev Sarayı, Malbinəsi kənd mədəniyyət evi, eyni zamanda bir neçə şəhər klubunun özfəaliyyət kollektivləri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Yevlax rayonu ərazisində yerləşən hərbi hissələrində olaraq bayram konsertləri təşkil edib. Konsert proqramında çıxışlar olunaraq hərbi hissə heyəti təbrik edildi. Səsləndirilən şeir və nəğmələr şəxsi heyətə böyük bayram sevinci yaşatdı. Sonda bayram sovqatları şəxsi heyətə paylandı.

Şəhər Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “N” nömrəli hərbi hissədə təşkil olunan tədbir proqramının ikinci hissəsi hərbi hissə ərazisində yerləşən uşaq bağçasında keçirildi. Bəşir Səfəroğlu adına “Xalq” teatırının aktyorları duzlu-məzəli oyunları ilə fidan balaları təbrik etdilər və bütün heyətə təbriklər söylədilər.

Sonda hərbi hissə komandanlıqları tərəfindən yaradılan şəraitə və göstərilən xidmətə görə başda Regional İdarənin rəisi İlyas Hacıyev olmaqla əməyi keçən hər kəsə və xüsusi ilə Yevlax şəhər nümayəndəliyinə minnətdarlıqlar çatdırıldı. Bundan başqa bir qrup əməkdaşlar Fəxri Fərmanla təltif olundu.

Regional İdarənin Mingəçevir şəhər nümayəndəliyi və nümayəndəliyin tabeliyində olan musiqi məktəblərinin kollektivləri, o cümlədən Mədəniyyət Mərkəzi və mərkəzin nəzdində fəaliyyət göstərən klub müəssisələrinin özfəaliyyət kollektivləri Novruz bayramı münasibəti ilə hərbi hissələrdə görüşlər keçirdilər. Şəxsi heyətin mədəni istirahətini təmin edən mədəniyyət işçiləri əsil bayram sevinci yaşatdılar. Sonda əsgər və zabit heyətinə bayram sovqatları paylandı. Hərbi hissə komandanlıqları isə bu dəyəri Fəxri Fərmanla qiymətləndirdilər.
Bolgexeber.com