BolgeXeber.Com » Xəbərlər » AFFA-nin "niyə də yox"una cavab: "Bizə də yox"

AFFA-nin "niyə də yox"una cavab: "Bizə də yox"

27-03-2017, 19:38
Oxunub: 2 578 AFFA-nin "niyə də yox"una cavab: "Bizə də yox"Xəbər verdiyimiz kimi, Azərbaycan yığması öz meydanında Almaniyaya 1:4 hesabıyla məğlub olub

AZXEBER.COM-un məlumatına görə, bu nəticədən sonra seçmə mərhələyə "niyə də yox" sloqanı ilə başlayan AFFA ilə bağlı tənqidlər gəlib.

Sosial şəbəkə istifadəçiləri yığma komandamızı məğlubiyyətə görə tənqid ediblər və "belə də yox", "bizə də yox" "haştaq"ları açılıb.

Həmin statuslardan bəzilərini təqdim edirik:

"Azərbaycan "niyə də yox"
Almaniya "bizə də yox""

"Şimali Irlandiyaya 4-0 uduzandan sonra hələ də "Niyə də yox" deyə bilirdiksə, o bizim safllığımız idui demək ki"

"Əfran İsmayılov futbolçudursa, Şurle, Müller, Özil kimdir?"

"Millinii Almaniya ilə oyuna kim belə babat tırkalamışdı?"

"1:4 uduzuruq. Futbolçumuzun ayağına təsadüfən top dəyir. İki şərhçi bağırır: "Super"

"Siz cani biri bu AFFAnın böyüklərinə səsimizi çatdırsın ki, bəsdirin camaatın hissləriylə oynadız. Bütün camaat görür, deyir ki, Əfran, Mirzebeyov və s. oynamasın, amma nə yolla da olsa oyuna çıxırlar. Yəni 10 milyonluq xalq içində bu kimi futbolçular çıxırsa demeli ya aşağı yaş qruplarına pul ayırmağınızı reklam edirsiz, ya da day-day söhbəti".

"Sadəcə azakeşlərə yazığım gəldi"

"Bəlkə də inanmayacaqsız, amma Allaha and olsun ki, mən Əfrandan yaxşı oynayıram"