BolgeXeber.Com » Xəbərlər » Cəlilabadda əllə quyu qazan qurğu düzəldiblər - VİDEO

Cəlilabadda əllə quyu qazan qurğu düzəldiblər - VİDEO

28-03-2017, 10:06
Oxunub: 4 566 Cəlilabadda əllə quyu qazan qurğu düzəldiblər - VİDEOƏkin sahələrinin suvarılmasından ötrü əsasən dayaz su quylardan istifadə olunur

Xezerxeber.az məlumat verir ki, "Əl quyusu" kimi tanınan bu su mənbələri tam olaraq elə əl əməyi ilə qazıldığı üçün də belə adlanrılır.
Cəlilabadda qrup halında çalışan quyuçular qazma zamanı istifadə etmək üçün alət düzəldiblər.
Quyunun qazılması zamanı istifadə olunan balta xüsusi dəmir borular vastəsi ilə dairəvi halda fırladılır. Qazılmış torpaq baltanın daxilində yığılır. Daha sonra torpaq bayıra çıxarılıb boşaldıldıqdan sonra yenidən quyuya salınır.Yerin bərk və ya yumşaq olmasından aslı olaraq quyunun bir metr dərinliyi 7-10 manat arasında qazılır.
Torpaq sahibləri deyirlər ki, texnikalar vastəsilə su quylarının qazılması baha başa gəldiyi üçün bu tip əl quyularına təlabat daha çoxdur. Dəninliyi 30 metrə qədər çatan su quyuları əksər halda bir gün ərzində qazılaraq təhvil verilir. Bu quyulardan su nasosları ilə çıxarılan su ilə yarım hektar ərazini suvarmaq mümkündür.