BolgeXeber.Com » Dünya » Jirinovskinin hədəfi Türkiyə oldu

Jirinovskinin hədəfi Türkiyə oldu

12-10-2012, 12:40
Oxunub: 3 815 “Rusiya Türkiyədəki səfirini, Türkiyə isə Rusiyadakı səfirini geri çağırmalıdır”

Bolgexeber.com-un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Dövlət Dumasının deputatı, Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski bildirib.

“Ankaranın hərəkətlərinə cavab olaraq bizim səfiri Türkiyədən geri çağırmaq lazımdır. Onların səfirini isə Rusiyadan geri göndərmək lazmdır. Türklər açıq şəkildə ağılsız olduqlarını göstərirlər”- Jirinovski “Twitter” səhifəsində yazıb.

Xatırladaq ki, Türkiyə oktyabrın 10-da Moskvadan Dəməşqə uçan Suriya təyyarəsinin hərbi təyinatlı yük daşıdığını iddia edərək Ankarada yerə endirib.

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan sözügedən təyyarənin hərbi təyinatlı yük daşıdığını bildirib. Cihad Makdisi Türkiyə baş nazirinin ittihamlarının «tamamilə yalan» olduğunu bəyan edib.