Mətbuat Şurası Gürcüstanda çalışan jurnalistləri təltif edib
28-03-2017, 13:02
Oxunub: 3 328
Gürcüstanda nəşr olunan Azərbaycandilli “Region Press” qəzetinin redaktoru Binnət Məmmədov və ATV-nin Gürcüstan üzrə xüsusi müxbiri Nadir Almazoğlu Azərbaycan Mətbuat Şurasının diplomları ilə təltif edilib
Diplomları onlara Şura sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Marneuli Mərkəzi Kitabxanasında düzənlənmiş tədbirdə təqdim edib.
Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri kimi Gürcüstanda səfərdə olan Ə.Amaşov bildirib ki, həm N.Almazoğlu, həm də B.Məmmədov uzun illərdir, media sahəsində səmərəli fəaliyyət göstərməkdədirlər. Bu şəxslərin əməyi Azərbaycan jurnalistikasının inkişafına töhfədir, həmçinin iki qonşu ölkələr arasında münasibətlərin dərinləşməsinə, Azərbaycan və gürcü xalqının bir-birinə daha sıx şəkildə bağlanması istiqamətində həyata keçirilən fəaliyyətə dəstəkdir. Bununla yanaşı jurnalistlərin Gürcüstanda yaşayan soydaşlarımızın durumuna həssas yanaşmaları, onların üzləşdikləri çətinlikləri daim gündəmdə saxlamaları mühüm peşəkarlıq keyfiyyətidir.
B.Məmmədov və N.Almazoğlu çıxışlarında əməklərinə verilən dəyərdən məmnunluqlarını ifadə ediblər.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə