BolgeXeber.Com » Xəbərlər » “Azərsun”un məhsulu ilə dolu yük avtomobili yoxa çıxdı — MİLYONLUQ MÜƏMMA

“Azərsun”un məhsulu ilə dolu yük avtomobili yoxa çıxdı — MİLYONLUQ MÜƏMMA

28-03-2017, 14:50
Oxunub: 1 922 “Azərsun”un məhsulu ilə dolu yük avtomobili yoxa çıxdı — MİLYONLUQ MÜƏMMAUkraynada “Azərsun Holdinq” sirkətinə gedən ət məhsulu ilə yüklənmiş yük avtomobili yoxa çıxıb

Bu barədə “Ölkə.Az” saytına “Shahin MMC” şirkətinin rəhbəri məlumat verib.

Ukraynanın Çerniqov vilayətinin Priluki şəhərindən “Azərsun Holdinq” sirkətinə məxsus ət məhsulu ilə yüklənmiş və Azərbaycanda fəaliyyət göstərən digər bir şirkətə “Alpenfud” MMC-yə məxsus yağ məhsulu ilə yüklənmiş iki yük avtomobili müəmmalı şəkildə yoxa çıxıb.

“Shahin MMC”-nin rəhbəri Mətləb Nəcəfov qeyd edir ki, yükləri daşıyan Ukrayna şirkəti “Transimpeks LTD”-yə məxsus avtomobillərdəki yüklər 24 fevral 2017-ci il tarixində gəmiyə oturmalı idi, lakin nəqliyyatçı şirkətin nümayəndəsi Andreyin verdiyi məlumata görə avtomobildə yaranmış texniki nasazlıq üzündən gecikmə yaşanıb. Daha sonra bu avtomobilin 02 mart 2017-ci il tarixində növbəti gəmiyə oturması nəzərdə tutulmuşdu. Tərəflər arasında əldə edilmiş razılığa görə avans olaraq bu avtomobilə gəmiyə oturmadan əvvəl Mətləb Nəcəfov tərəfindən 2000 ABŞ dolları ödənilməli idi. Bu səbəbdən də M.Nəcəfov 01 mart 2017-ci il tarixinə qədər hər gün sürücü və şirkətin nümayəndəsi olan Andrey ilə mobil telefon əlaqəsi saxlayıb, lakin bu tarixdən sonra sürücü və Andrey ilə telefon əlaqələri saxlamaq mümkün olmayıb.

Mətləb Nəcəfov bildirir ki, səhər saatlarında sürücü və şirkətin nümayəndəsi Andreyin mobil telefon nömrələrinə yenə də zəng çatmadığını gördükdə tədbirlər görməyə başladıb. Öncə göndərici şirkətə məlumat verib və alıcı şirkətin loqistika şöbəsini xəbərdar edib. Sonra şirkətin sahibi Serqey adlı şəxsin mobil nömrəsinə zəng vurub və həmin vaxt öyrənib ki, baş verənlərdən məlumatlıdır, o da öz növbəsində Andrey və sürücünün axtarışındadır. M.Nəcəfov saha sonra rəsmi qaydada polisə müraciət edib. Müstəntiq isə “Transimpeks LTD”-nin sahibi ilə əlaqə saxladıqda məlum olub ki, ümumi olaraq bu şirkətin 8 maşını yük ilə birlikdə yoxa çıxıb.

M.Nəcəfov “Transimpeks LTD şirkəti ilə ilk dəfə əməkdaşlıq etdiklərini bu səbəbdən bu şirkətin Ukraynada AsMAP-dan leqitim olmasını dəqiqləşdirdiyini deyir. Eyni zamanda Ukrayna gömrük orqanları da daşıyıcı şirkətə lazımi sənədləri verib.

M.Nəcəfov hadisə ilə bağlı Azərbaycanın Ukraynadakı səfirliyinə müraciət etdiyini, lakin onlara heç bir köməklik göstərilmədiyini də qeyd edib.