BolgeXeber.Com » Xəbərlər » "Qədim Qəbələ" restoranından ərəb turistlərə "sürpriz" - Nahar 620 manat "şot" elədi
"Qədim Qəbələ" restoranından ərəb turistlərə "sürpriz" - Nahar 620 manat "şot" elədi
28-03-2017, 15:42
Oxunub: 3 466
Son illər Azərbaycanda turimin inkişafı istiqamətində dövlət bir çox uğurlu layihələr həyata keçirib
Ancaq bununla belə bəzi özəl restoran və əyləncə mərkəzləri şəxsi mənfəətləri naminə ölkəyə gələn turisləri sözün əsl mənasında ölkədən didərgin salırlar. Ölkəyə gələn turistlərə restoran, otel və istirahət mərkəzlərində təklif olunan xidmətdən dəfələrlə baha qiymətlərin tələb olunması sonucda həmin turistlərin ölkədən narazı getməsinə səbəb olur.
Bu cür hallar dövlətimizin büdcəsinə ziyan vurmaqdan əlavə, həm də xalqımızın mənfi imicini formalaşdırır.
Bu kimi neqativ hallar dəfələrlə rəsmilər tərəfindən də gündəmə gətirilsə də, hələ ki, ciddi tədbirlər həyata keçirilməyib.
"Qədim Qəbələ" restoranından ərəb turistlərə "sürpriz"
Qlobal.az-a turist qrupundan verilən məlumata görə, belə biabırçı durumun biri də bu gün günorta saatlarında Qəbələ şəhərində yerləşən "Qədim Qəbələ" restoranında baş verib.
Belə ki, Birləşmiş Ərəb Əmirliklərindən ölkəmizə istirahətə gələn 15 nəfərlik qrup bu gün Qəbələ şəhərinə gediblər. Qrupda 9-u böyük, 6-sı kiçik olmaqla "Qədim Qəbələ" restoranında nahar ediblər. Nahardan sonra hesab təqdim olunanda isə ərəb turistlər əsl şok yaşayıblar. 15 nəfərin bir öynə yeməyi 620 manat edib. Qrup rəhbərinin məlumatına görə, göy-göyərti və digər salatları restoran 120 manata qiymətləndirib.
Məlumata görə bu restoranda ümumi məbləğin 10 faizi də ofisiantlara xidmət haqqı kimi ödənilir.
Qarşı tərəf də münasibət sərgiləyə bilər.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər