BolgeXeber.Com » Dünya »  İndoneziyada yeddi metrlik piton kişini udub - VİDEO (18+)

 İndoneziyada yeddi metrlik piton kişini udub - VİDEO (18+)

29-03-2017, 12:10
Oxunub: 3 282   İndoneziyada yeddi metrlik piton kişini udub - VİDEO (18+)İndoneziyada yeddi metrlik nəhəng piton kişini udub

FaktXəbər-in Lenta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə Daily Mail xəbər yayıb.

Qəzet bildirir ki, 25 yaşlı Əkbər Salubiro bazar günü itkin düşüb. Həmin günü o, qonşu kəndə gedirmiş. Növbəti gün onun itkin düşməyindən narahat olan kəndlilərin axtarışa başlayırlar və kişinin evinin arxasında 7 metrlik şişmiş piton aşkarlayırlar. Onlar sürünəni yardıqdan sonra Salubironun cəsədi ilə üzləşiblər.

Kənd Şurasının nümayəndəsi bildirib ki, ilan tapılmazdan öncə insanlar palma meşəsindən qışqırıq səsi eşidiblər. Heç kimin köməyə gəlməməsinin səbəbi açıqlanmır.

Xatırladaq ki, analoji hadisə 2013-cü ildə Hindistanda baş vermişdi. O zaman piton küçədə yatan içkili kişini udmuşdu.