BolgeXeber.Com » Şou-Biznes » Mitxun Çakraborti indi nə işlə məşğuldur və ya sevənləri niyə ona nifrət edir? VİDEO

Mitxun Çakraborti indi nə işlə məşğuldur və ya sevənləri niyə ona nifrət edir? VİDEO

29-03-2017, 13:22
Oxunub: 16 384 Mitxun Çakraborti indi nə işlə məşğuldur və ya sevənləri niyə ona nifrət edir? VİDEOÖtən əsrin 80-ci illərində Hindistanla yanaşı keçmiş SSRİ-də də məşhurlaşmış aktyor Mitxun Çakraborti çox qısa müddətə populyarlığın zirvəsinə çatmışdı

1983-cü ildə çəkilmiş “Disko rəqqası” bir anda dünyanın yarısında məşhurlaşdığından aktyor özünə dinclik vermədən ard-arda bir çox filmlərdə çəkilib. Daha dəqiq desək, 250 filmdə!


Publika.az-ın xəbərinə görə, elə indi də Mitxun Çakraborti Bollivudun ustad aktyorlarından hesab olunur və əsas film festivallarında, incəsənətlə bağlı yarışmalarda baş münsif olaraq gənclərə yol göstərir. Həmçinin çəkildiyi filmlərdə ən yüksək qonorar alan aktyorlardandır.
Amma maraqlıdır ki, son filmlərdə o, daha çox mənfi obrazları canlandırır. Bu günə qədər müsbət qəhrəman kimi sevilib minlərlə qızın ürəyini ovlayan bu yaraşıqlı aktyor zamanla qəddar insanlara ekran həyatı verməyə başladı. Hətta mətbuat konfranslarının birində o, mənfi rollarına görə özünə nifrət edən pərəstişkarlarından buna görə üzr də istəmişdi.
Çakrabortinin dörd övladından ikisi atasının yolu ilə gedib. Onlardan biri aktyor, digəri isə rejissordur. Hətta “Cimmi” adlı film də çəkmişdi. Amma hələ ki atalarının uğurlarını təkrar edə bilmirlər. Hind xalqı öz “Cimmi”sinə dərin hörmət bəsləyir və digər ustad aktyorlardan onu fərqləndirirlər. Xalq arasında onu “Dada” deyə çağırırlar, tərcümədə “hörmətli, böyük adam” deməkdir.
Mitxun Çakraborti indi nə işlə məşğuldur və ya sevənləri niyə ona nifrət edir? VİDEO