Avropa Oyunlarının çempionu Azərbaycanda villasını satır – FOTO
29-03-2017, 17:57
Oxunub: 2 859
Avropa Oyunları-2015-in beşqat mükafatçısı, qalibi, Azərbaycan yığmasının tərkibində DÇ-2015-in mükafatçısı, gimnast Oleq Stepko evini satışa çıxarıb
Bakının Şüvəlan qəsəbəsində yerləşən villanın satışına dair informasiya elanlar saytında yerləşdirilib. Evin satış qiyməti 225 min manatdır. Ev 2015-ci ilin dekabr ayında tikilib, daimi yaşayış yeri olub və s.
Oxu.Az xəbər verir ki, haqqin.az Oleq Stepkonun bu günlərdə Bakıda keçirilən Dünya Kubokunda iştirak etmədiyi haqqında məlumat yaymışdı. Belə ki, həmin vaxt o, Ukraynada olub. Onun məqçisi, Azərbaycan yığmasının sabiq məşqçisi Pavel Netreba, Stepkonun Azərbaycanda mübahisəsi olduğunu və ölkəmizi tərk etdiyini deyib.
“Mən Bakıdan getdikdən sonra Oleqin məşqləri lazım olduğu kimi getmirdi. Mən Oleqin altı yaşından məşqçisiyəm, bu qədər uzun müddətdən sonra məşqçini dəyişmək asan deyil. Nə isə alınmadı, mübahisə olub və o gedib. Onun Azərbaycandan birdəfəlik ya müvəqqəti getdiyi sual altındadır. Yüksək səviyyəli mütəxəssislər orada demək olar ki, yoxdur, bu şərait isə onun üçün çətin olacaq. Bundan başqa, Oleq mürəkkəb adamdır. Bir çox şeylərdə özü günahkardır. Xasiyyəti çətindir və haradasa səhv hərəkət edirdi”, - Netreba bəyan edib.
Oleq Stepko digər ukraynalı gimnast Petro Paxnyuk kimi Azərbaycan üçün çıxışlarını dayandıraraq vətənə qayıdacaq? Yaxud, sahildəki evini sataraq, məşq etdiyi Milli gimnastika arenasına daha yaxın məsafədə yaşamaq fikrinə gəlib?
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə