"Araz" marketdə müştəri şoku... - "Koroğlu"nun içindən qurd çıxdı
30-03-2017, 14:40
Oxunub: 4 484
Azərbaycan bir çox parametrlərinə görə gerçəkdən də anoloqu olmayan ölkədir
Daha doğrusu, buna anoloqsuzluq yox, tayı-bərabəri olmayan eybəcərlik və ya əcaiblik deyilməsi daha məntiqli olardı. Torpaqlarının 20 faizi işğalda olan bir məmləkətin nəinki kafe, çayxana, restoran və şadlıq sarayları, hətta dönərxanalarına yağı tapdağındakı məşhur məkanlarımızın adını qoyub insanlarımıza ermənidən betər gözdağı verirlər.
Bu azmış kimi, bəzi firma və şirkətlərimiz də fəaliyyətə başlayarkən özlərinə qəribə adlar seçirlər və günlərin bir günü işləri dolaşığa düşəndə seçdikləri ad onların nəinki dadına çatmır, əksinə, kal armud olub hulqumlarına tıxanır...
Elə "Koroğlu" şirkəti kimi. Koroğlu adı gələndə yaşlı və orta nəsil başı dumanlı-sisli Çənlibeli xatırlayar və Qıratın belindəki igid pəhləvanın qəhrəmanlıqlarıını xatırlayar. Amma zəmanəmizin qəhrəmanı olan "Koroğlu" bir şirniyyat firmasının adıdır. Azərbaycana xaricdən şirniyyat gətirən bu şirkətin məhsulları ölkənin bütün ticarət şəbəkələrinin piştaxtalarını bəzəyir.
Amma Moderator.az-ın əməkdaşı paytaxtdakı "Araz" supermarketindən konfet alarkən ağlına da gəlməzdi ki, evə çatar-çatmaz onu Koroğlu deyil, ürəkbulandıran mənzərə - qurd qarşılayacaq. Belə ki, saytın əməkdaşı evə çatıb konfetdən birinin kağızını çıxararaq azyaşlı övladını sevindirmək istəyərkən şoka düşüb. Konfetin içərisindən böyük bir qurd çıxaraq hamını "salamlayıb"...
Dərhal konfeti supermarketə qaytaran əməkdaşımız piştaxtadan "Koroğlu" firmasına aid həmin məhsulların dərhal yığışdırılmasını tələb edib və market rəıhbərliyi də üzrxahlıq edərək onun tələbini yerinə yetirib.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər