BolgeXeber.Com » Xəbərlər » İmişli rayon Heydər Əliyev mərkəzində 31 mart soyqrım günü ilə bağlı tədbir keçirilmişdir

İmişli rayon Heydər Əliyev mərkəzində 31 mart soyqrım günü ilə bağlı tədbir keçirilmişdir

30-03-2017, 16:52
Oxunub: 4 730 İmişli rayon Heydər Əliyev mərkəzində 31 mart soyqrım günü ilə bağlı tədbir keçirilmişdirBu gün İmişli rayon Heydər Əliyev mərkəzində 31 mart soyqrım günü ilə bağlı tədbir keçirilmişdir

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev, hüquq mühavizə orqanlarının rəhbərləri və rayon ziyalıları iştirak etmişdirlər. Soyqurım qurbanları bir dəqiqəlik sukutla yad edildikdən sonra rayon İcra Hakimiyyətinin başçısı tariximizin faciəli səhifəsi mövzusunda məruzə etdi. Xalqımıza qarşı yüz illər boyu davam edən soyqırım və təcavüz siyasətinin məqsədi, mahiyyəti və tarixi kökləri , erməni millətçilərinin xalqımızın başına gətirdikləri müsibətlərdən, törətdikləri vəhşiliklərdən danışaraq bildirdi ki, 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar dərc olunub. 1998-ci il martın 26-da Ümummilli lider Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb. Həmin gündən başlayaraq 31 mart azərbaycanlıların soyqırım günü kimi qeyd olunur.Əsrin əvvəlində erməni daşnaklarının xalqımıza qarşı törətdiyi soyqırım hadisələrinin tarixin ən qəddar cinayətidir. Soyqırım nəticəsində yüz minlərlə soydaşımız qətlə yetirilərək terror və təcavüzlərə məruz qalmış, doğma torpaqlarından deportasiya olunmuşdurlar. Bu təcavüzkar siyasətin indi də erməni daşnakları tərəfindən məqsədyönlü şəkildə davam etdirildiyini rayon İcra Hakimiyyətinin başçısı cənab V.Hacıyev mərasim iştirakçılarının nəzərinə çatdırmışdır.
Bolgexeber.com
İmişli rayon Heydər Əliyev mərkəzində 31 mart soyqrım günü ilə bağlı tədbir keçirilmişdir
İmişli rayon Heydər Əliyev mərkəzində 31 mart soyqrım günü ilə bağlı tədbir keçirilmişdir