BolgeXeber.Com » İqtisadiyyat » Dollar bu gün neçəyə satılır?

Dollar bu gün neçəyə satılır?

31-03-2017, 10:20
Oxunub: 3 526 Dollar bu gün neçəyə satılır?Avro manata nisbətən ucuzlaşıb

AMB-dən verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi martın 30-u müqayisədə 0,03% bahalaşaraq 1,7244 manat olub.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 1,8536 manatdan 1,8407 manatadək azalıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi 0,0304 manatdan 0,0307 manatadək bahalaşıb.

Türkiyə lirəsinin məzənnəsi 0,4726 manatdan 0,4720 manatadək azalıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1441 manatdan 2,1517 manatadək bahalaşıb.

Gürcüstan larisinin məzənnəsi 0,7045 manatdan 0,7047 manatadək artım nümayiş etdirib.