BolgeXeber.Com » Bölgə » Neftçalada güclü külək məktəbin dam örtüyünü uçurub

Neftçalada güclü külək məktəbin dam örtüyünü uçurub

31-03-2017, 20:37
Oxunub: 3 487 Neftçalada güclü külək məktəbin dam örtüyünü uçurubNeftçala rayonunda məktəb binasının dam örtüyü uçub

Bolgexeber.com xəbər verir ki, Neftçala Rayon Fövqəladə Hallar Komissiyasından “Report”un Aran bürosuna verilən məlumata görə, bu gün günorta saatlarından etibarən rayonda güclü külək əsməyə başlayıb.

Küclü külək nəticəsində rayonun Xıllı qəsəbə 1 saylı tam orta məktəb binasının dam ötüyü uçaraq yerə düşüb.

Dərs saatları olmadığından xəsarət alan olmayıb. Lakin məktəbin binasına ciddi ziyan dəyib.

Qeyd edək ki, məktəb binasının dam örtüyü ötən ilin yayında yenilənmişdi.