BolgeXeber.Com » Bölgə » Masallı sakini qohumunu döyərək 10 min dollarını alıb

Masallı sakini qohumunu döyərək 10 min dollarını alıb

13-01-2011, 03:20
Oxunub: 5 748
Faktla bağlı cinayət işi başlanılıb

Bakıda quldurluq hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bolgexeber-e verilən məlumata görə, hadisə yanvarın 9-da saat 17.00 radələrində Yasamal rayonu Şərifzadə küçəsində baş verib.

Bu ünvanda kirayədə yaşayan Masallı rayon sakini Asim Quliyev naməlum şəxslə birgə Bakıxanov qəsəbə sakini, qohumu Elşən Əliyevi aldadaraq kirayə yaşadığı mənzilə aparıb. Sonra onlar E.Əliyevi döyərək 10.000 dollar pulunu alıblar.

Faktla əlaqədar cinayət işi başlanıb, Yasamal rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.