BolgeXeber.Com » Dünya » Bir gecədə 1,5 milyard dollar qazandı -REKORD

Bir gecədə 1,5 milyard dollar qazandı -REKORD

1-04-2017, 12:42
Oxunub: 3 151 Bir gecədə 1,5 milyard dollar qazandı -REKORDDünyanın ən zənginləri siyahısında dəyişiklik olub

Lent.az xəbər verir ki, online ticarət saytı olan "Amazon" şirkətinin qurucusu Jeff Bezos rəqibləri Amancio Ortega və Warren Buffettı ötərək dünyanın ən varlı ikinci şəxsi olub.

"Vaşinqton post" qəzetinin də sahibi olan Bezosun indiki var-dövlətinin miqdarı 75,6 milyard dollara çatıb. "Amazon" şirkətinin səhmlərinin bir gecədə 18,32 dollar bahalaşması nəticəsində iş adamının sərvətinə 1,5 milyard dollar əlavə olunub.

"Microsoft"un yaradıcı Bil Qeyts isə hələ də 86 milyard dollarla dünyanın zəngin insanıdır.