BolgeXeber.Com » Dünya » Ticarəti asanlaşdıran ixtira

Ticarəti asanlaşdıran ixtira

3-04-2017, 09:21
Oxunub: 3 563 Ticarəti asanlaşdıran ixtira  1973-cü ilin məhz bu günü IBM şirkəti rəsmi olaraq ştrix-kodun ən yayılmış xətti simvolikalarından olan UPC-ni təqdim edib

Aprelin 3-ü ştrix-kodun yarandığı gündür. Belə ki, 1973-cü ilin məhz bu günü IBM şirkəti rəsmi olaraq ştrix-kodun ən yayılmış xətti simvolikalarından olan UPC-ni təqdim edib. Ştrix-kodun yaradıcıları Bernard Silver və Cozef Vudlend sayılırlar. Bu ixtira məhsulların qeydə alınması və buraxılması prosesini avtomatlaşdırmağa imkan verdi və alıcıya qulluq edilməsini sürətləndirdi. Bu gün ştrix-kod istənilən ticarət obyektinin gündəlik praktikasına daxildir. Ştrix-kod müəyyən mənada maraqlananlar üçün müəyyən məhsul barədə məlumat toplusudur.