BolgeXeber.Com » Sosial » Azərbaycanda yumurtanın qiyməti kəskin ucuzlaşdı-18 qəpikdən 7 qəpiyə – VİDEO

Azərbaycanda yumurtanın qiyməti kəskin ucuzlaşdı-18 qəpikdən 7 qəpiyə – VİDEO

3-04-2017, 12:27
Oxunub: 3 379 Azərbaycanda yumurtanın qiyməti kəskin ucuzlaşdı-18 qəpikdən 7 qəpiyə – VİDEOYumurtanın qiymətində ucuzlaşma müşahidə edilir. Əvvəllər 17-18 qəpiyə satılan yumurta indi 7 qəpikdən təklif edilir

Satıcılar bunu məhsul bolluğu ilə əlaqələndirir.

Bolgexeber.com xezerxeber.az-a istinadən bildirir ki, 9, 8, hətta 7 qəpik. həm bazarda həm marketlərdə yumurtalar böyüklüyündən asılı olaraq artıq bu qiymətdən satılır. Məhsulun qiyməti son bir neçə gündə kifayət qədər ucuzlaşıb.
Satıcılar bunu quşculuq şirkətləri arasındakı rəqabətlə izah edirlər. Ucuzlaşma kənd yumurtalarında da özünü göstərir. Satıcılar qiymətin ucuzlaşmasını məhsul bolluğu ilə əlaqələndirirlər. Vəziyyətdən isə həm alıcılar, həm satıcılar məmnundurlar.
Quşçular cəmiyyətinin sədri Aydın Vəliyev də yumurtanın qiymətinin aşağı düşməsinin istehsalın artması ilə əlaqəli olduğunu bildirdi. Sədr qeyd etdi ki, bu məhsulun qiyməti istehsalçılardan asılıdır və cəmiyyət bu məsələyə nəzarət etmir.