BolgeXeber.Com » Şou-Biznes » "İstəsəm, məmur oğluna ərə gedərəm" - Azərbaycanlı müğənni - FOTOLAR

"İstəsəm, məmur oğluna ərə gedərəm" - Azərbaycanlı müğənni - FOTOLAR

4-04-2017, 09:17
Oxunub: 4 813 "İstəsəm, məmur oğluna ərə gedərəm" - Azərbaycanlı müğənni - FOTOLARAzərbaycanlı müğənni Afaq Aslan özünü aktrisa kimi də sınamaq qərarına gəlib

Tamaşaçılar bundan sonra onu fərqli ampluada görəcək: "Hər zaman yaxşı mənada insanları şoka salmağı bacarıram. İncəsənət mənim həyatımın parçasıdır. Bu sahənin müxtəlif növlərində özümü sınamışam. Modellik, ifaçılıq, indi də aktrisalıq. Filmə çəkilməyi mənə bir neçə ay öncə təklif etmişdilər. Qərarımı verdim, artıq filmin məşqlərinə başlamışıq. Onu da bildirim ki, bu serial özəl telekanallarımızın birində yayımlanacaq. Mən də killər qadın obrazını canlandıracam”.

Şəxsi həyatından da danışan A.Aslan yenidən ailə qurmaq barədə fikirləşmədiyini dilə gətirib: "Mənim üçün ailə qurmaq heç bir problem deyil. Günü bu gün ərə gedərəm. Özü də məmur oğluna, oliqarxa. Sadəcə, müvəqqəti evlilik mənə görə deyil. Ailə qursam, bu, daimi olacaq. Hələ ki, başım yaradıcılıq işlərimə qarışıb, ailə qurmağa vaxtım yoxdur”.

İfaçı onu da əlavə edib ki, yeni fotosessiya etdirib: "Hər zaman fərqli fotosessiyalara imza atmışam. Şəkillərimə görə məni tənqid edənlər çox olub. Amma mən sıradan biri deyiləm, indi də fotoqraf Azər Ağalarov yeni şəkillərimi çəkib, tənqid eləsinlər, fikir də vermirəm. Tənqidlərə məruz qalıramsa, deməli, insanların marağına səbəb olmuşam. Maraqsız olsaydım, bu sahədə atdığım addımlar müzakirə olunmazdı”.