BolgeXeber.Com » İqtisadiyyat » Dollar, rubl sabit qaldı, avro isə ucuzlaşdı

Dollar, rubl sabit qaldı, avro isə ucuzlaşdı

4-04-2017, 09:52
Oxunub: 4 072 Dollar, rubl sabit qaldı, avro isə ucuzlaşdıAzərbaycan Mərkəzi Bankı (AMB) manatın aprelin 4-nə olan məzənnəsini açıqlayıb

AMB-dən verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi aprelin 3-ü ilə müqayisədə dəyişməyərək 1,7244 manat olub.

Avro isə manata nisbətən azalıb. Avrozonanın vahid valyutası 1,8417 manatdan 1,8401 manatadək ucuzlaşıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi dəyişməyərək 0,0307 manat olub.

Türkiyə lirəsinin məzənnəsi 0,4747 manatdan 0,4732 manatadək ucuzlaşıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1628 manatdan 2,1509 manatadək azalıb. Gürcüstan larisinin məzənnəsi 0,7163 manatdan 0,7061 manatadək ucuzlaşma nümayiş etdirib.
Dollar, rubl sabit qaldı, avro isə ucuzlaşdı
Dollar, rubl sabit qaldı, avro isə ucuzlaşdı
Dollar, rubl sabit qaldı, avro isə ucuzlaşdı
Dollar, rubl sabit qaldı, avro isə ucuzlaşdı