BolgeXeber.Com » İdman » Azərbaycan Premyer Liqası Avropanın ən zəiflər arasında yer alıb

Azərbaycan Premyer Liqası Avropanın ən zəiflər arasında yer alıb

4-04-2017, 14:33
Oxunub: 3 779 Azərbaycan Premyer Liqası Avropanın ən zəiflər arasında yer alıbAvropada ölkə çempionatlarının cari mövsümdəki məhsuldarlığı müəyyənləşib

Apasport.az saytının məlumatına görə, qitədə payız-yaz sistemi üzrə keçirilən ən yüksək reytinqli 30 çempionatın ən məhsuldarı İsveçrə Superliqasıdı.

26 turdan sonra 429 qolun vurulduğu İsveçrə yüksək dəstəsində bu mövsüm orta hesabla hər matçda 3,33 top qeydə alınıb. İsveçrə çempionatı 3 qol səddini keçən yeganə birincilikdi. İspaniya La Liqası bu baxımdan 2-ci yeri tutursa, Kipr 1-ci liqası ilk “3-lüy”ü tamamlayır.

“Böyük beşlik” ölkələrindən İngiltərə Premyer Liqası 4-cü, İtaliya A seriyası 5-ci, Almaniya Bundesliqası 10-cu, Fransa Liqa 1-i isə 15-ci məhsuldar çempionatdı.

Azərbaycan Premyer Liqası isə Avropanın ən az qol vurulan çempionatlarından biridi. Geridə qalan 96 matçda 207 qol qeydə alınıb ki, hər oyuna orta hesabla 2,15 top düşür. Azərbaycan çempionatı bu baxımdan ilk “30-luq”dakı birinciliklərdən yalnız İsrail və Rusiya yüksək dəstələrini qabaqlayır.

1. İsveçrə. Superliqa: orta hesabla hər oyunda 3,33 qol
2. İspaniya. La Liqa: 2,90
3. Kipr. 1-ci liqa: 2,88
4. İngiltərə. Premyer Liqa: 2,84
5. İtaliya. A seriyası: 2,80
6. Polşa. Ekstraklasa: 2,79
7. Hollandiya. Erediviziya: 2,77
8. Belçika. 1-ci liqa: 2,74
9. Şotlandiya. Premyerşip: 2,72
10. Almaniya. Bundesliqa: 2,71
11. Avstriya. Bundesliqa: 2,70
12. Slovakiya. Superliqa: 2,65
13. Danimarka. Superliqa: 2,63
14. Sloveniya. 1-ci SNL: 2,62
15. Fransa. Liqa 1: 2,60
16. Türkiyə. Superliqa: 2,57
17. Macarıstan. I NB: 2,55
18. Ukrayna. Premyer Liqa: 2,48
19. Bolqarıstan. 1-ci liqa: 2,46
19. Moldova. Milli liqa: 2,46
21. Çexiya. 1-ci liqa: 2,42
22. Finlandiya. Veikkausliqa: 2,38
23. Rumıniya. 1-ci liqa: 2,37
23. Serbiya. Superliqa: 2,37
25. Xorvatiya. 1-ci HNL: 2,35
26. Portuqaliya. Primer Liqa: 2,32
27. Yunanıstan. Superliqa: 2,23
28. Azərbaycan. Premyer Liqa: 2,15
29. İsrail. HaAl liqa: 2,12
30. Rusiya. Premyer Liqa: 1,99