BolgeXeber.Com » Gündəm » Qaçqın və məcburi köçkünlərin məskunlaşdığı yataqxananın önünü çirkab suları basıb: "Binaya girə bilmirik!" FOTO

Qaçqın və məcburi köçkünlərin məskunlaşdığı yataqxananın önünü çirkab suları basıb: "Binaya girə bilmirik!" FOTO

29-05-2017, 21:04
Oxunub: 5 626 Qaçqın və məcburi köçkünlərin məskunlaşdığı yataqxananın önünü çirkab suları basıb: "Binaya girə bilmirik!" FOTOYasamal rayonu Mənzil-Kommunal İstismar İdarəsi tərəfindən cəlb olunan əməkdaşlar bir neçə dəfə sadə yolla çirkab sularının qarşısını alsalar belə, həmin vəziyyət yenə də davam edir

Bir müddət əvvəl Yasamal rayonu, İnşaatçılar prospekti 5, Dənizçilər yataqxanasının önündə çirkab suları daşması nəticəsində bina önündə xoşagəlməz durumun yaranması ilə bağlı "Bölgə TV"ə müraciət ünvanlanmışdı.
Qeyd edək ki, həmin problem hələ də tam olaraq həll olunmayıb.
Belə ki, sözügedən yataqxananın önündə yenə də çirkab suları daşıb və binanın önünü qapayıb.
Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, 2 gündür daşan çirkab suları sakinlərin binaya girib-çıxmasına çətinlik törədir.
Bina sakinləri bildirirlər ki, dəfələrlə əlaqədar qurumlara müraciət etsələr də müsbət cavab ala bilməyiblər. Hər dəfə eşitdikləri yalnız boş vədlər olub.
Yasamal rayonu Mənzil-Kommunal İstismar İdarəsi tərəfindən cəlb olunan əməkdaşlar bir neçə dəfə sadə yolla çirkab sularının qarşısını alsalar belə, həmin vəziyyət yenə də davam edir.
Sakinlər bildirirlər ki, kanalizasiya xəttində yaranmış problemin kökündən həll olunmaması tez-tez çirkab sularının daşmasına səbəb olur.
Məsələ ilə bağlı münasibət öyrənmək üçün sözügedən qurumlarla əlaqə saxlamaq istəsək də dəstəyi qaldıran olmadı.
Mövzu ilə bağlı araşdırmamız davam edir.
Bolgexeber.com