BolgeXeber.Com » Ölkə » Şəmkirin icra başçısı İmamzadə ziyarətgahında 7 qurban kəsdirib

Şəmkirin icra başçısı İmamzadə ziyarətgahında 7 qurban kəsdirib

5-04-2017, 09:43
Oxunub: 3 248 Şəmkirin icra başçısı İmamzadə ziyarətgahında 7 qurban kəsdiribŞəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Gəncədə ziyarətgahda 7 qurban kəsdirib

Qlobal.az-a Gəncədən verilən məlumata görə, ziyarətgahda qurbanların kim tərəfindən kəsildiyi konkret açıqlanmasa da, gəzən söz-söhbətlərə görə qurbanlar məhz Şəmkirin icra başçısının tapşırığı ilə kəsilib.

Daha sonra qurban ətinin yetimlər və kimsəsizlər evinə aparıldığı deyilir.

Xatırladaq ki, dünən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov avtoqəzaya düşdüyü barədə məlumatlar yayıldı.

Məlumatlara görə, başçının olduğu avtomobildə özündən başqa 2 oğlu da olub. Sükan arxasında isə sürücü deyil, icra başçısının köməkçisi olub.

Xəbərdə deyilir ki, qəza martın 25-də, Şəmkir Su-Elekrik Stansiyasından rayon mərkəzinə gedən yolun Yeniabad kəndi ərazisindən keçən hissəsində, günorta 2-3-də radələrində baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, başçının köməkçisi Mahir Əliyevin idarə etdiyi Az 57 AA 001 dövlət nömrə nişanlı, qara rəngli "Tayota Land Cruiser” markalı avtomobil qəfil və yüksək sürətlə qarşı yola çıxıb. Həmin vaxt qarşı yolda Mingəçevirin Əzizbəyov küçəsi 12 ünvanında qeydiyyatda olan 1947-ci il təvəllüdlü Həsən Əvkər oğlu Hüseynov özünə məxsus "Qaz - 31" markalı avtomobillə hərəkətdə imiş. H.Hüseynovun sükan arxasında professional davranışı dəhşətli qəzanın ölümsüz sonuclanmasına səbəb olsa da, onun özü ağır bədən xəsarətləri alıb. Dəhşətli toqquşma anında başçının olduğu maşında təhlükəsilzik yastıqları açıldığından A.Məmmədov, 2 övladı və köməkçisi yüngül əzilmələrlə canlarını qurtarıblar.