BolgeXeber.Com » Ölkə » Atasının tənbehlərindən küsərək evdən qaçan uşaq tapıldı - VİDEO

Atasının tənbehlərindən küsərək evdən qaçan uşaq tapıldı - VİDEO

5-04-2017, 09:27
Oxunub: 2 728 Atasının tənbehlərindən küsərək evdən qaçan uşaq tapıldı - VİDEOKompüter aludəçisi olan uşaq atasının tənbehlərindən küsərək evdən qaçıb

Xezerxeber.az məlumat verir ki, 11 yaşlı Ağamir atasına zibil atmağa getdiyini deyib, amma oyun salonuna gedib. Atası Abbas Nəcəfi buna görə oğlunu tənbeh edib.
Valideynləri uşağın evdən qaçdığını biləndən sonra polisə müraciət ediblər. Bütün gecə boyu özləri də polislə bərabər küçədə Ağamiri axtarıblar. Səhərisi gün Agamir atasına zəng vuraraq onu evə aparmasını istəyib və atası da uşağını evinə gətirib.
Ağamirin atası bildirir ki, oyun klubları azyaşlı uşaqlara açıq olmamalıdır.
Xatırladaq ki, 12 yaşdan aşağı uşaqların oyun zallarına buraxılması qanunla qadağandır.