BolgeXeber.Com » Dünya » Rusiyada sosial şəbəkələr qadağan edilə bilər

Rusiyada sosial şəbəkələr qadağan edilə bilər

5-04-2017, 11:33
Oxunub: 2 863 Rusiyada sosial şəbəkələr qadağan edilə bilərRusiyada Leninqrad vilayətinin rəhbərliyi azyaşlıların sosial şəbəkədən istifadəsinin qarşısını almaq məqsədilə qanun layihəsi hazırlayıb

Bu barədə "İzvestiya" qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, layihədə 14 yaşından aşağı vətəndaşların sosial şəbəkədən istifadəsinə qadağa nəzərdə tutulub.

Layihənin icraası zamanı azyaşlıların yalnız pasport məlumatlarını doldurduqdan sonra sosial şəbəkədə qeydiyyatdan keçməsi və istifadə etməsi nəzərdə tutulub. Bu qanunu pozan və azyaşlılara sosial şəbəkədən istifadəyə şərait yaradan internet resusların isə 300 min-500 min rubl arasında cərimə edilməsi planlaşdırılır.

Bu gün Dövlət Dumasına təqdim olunacaq layihəyə parlament üzvlərinin baxacağı gözlənilir. Rusiyalı deputatlar qanun layihəsinə dəstək verəcəyi təqdirdə əvvəlcə Leninqrad, ardınca isə Rusiya ərazisində bu qadağanın qüvvəyə minməsi gözlənilir.

Layihənin müəlliflərindən biri - Leninqrad vilayətindən deputat Vladimir Petrov bildirib ki, qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minməlidir.