BolgeXeber.Com » Gündəm » Abşeron rayonundakı H.Əliyev parkında açıq qalmış lyüklar ətrafa dəhşət saçır!(FOTO)

Abşeron rayonundakı H.Əliyev parkında açıq qalmış lyüklar ətrafa dəhşət saçır!(FOTO)

5-04-2017, 15:20
Oxunub: 3 104 Abşeron rayonundakı H.Əliyev parkında açıq qalmış lyüklar ətrafa dəhşət saçır!(FOTO)Abşeron rayonunda yerləşən Heydər Əliyev adına parkda qapağı açıq qalmış lyüklar sakinlərin narahatçılığına səbəb olub

Bolgexeber.com xəbər verir ki,parkda istirahət etməyə gəlmiş vətəndaşlardan birinin göndərdiyi fotolardan məlum olduğu kimi, qapağı açıq qalmış lyüklar ətrafa təhlükə saçmağa davam edir.
Belə ki, müxtəlif yaş kateqoriyalarından olan sakinlər asudə vaxtlarını bu parkda dəyərləndirmək istəsələr də, gündən-gündən onların narahatlıqları artır.
Sakinlərin sözlərinə görə, əksər vətəndaşlar bura öz övladlarını əylənmək üçün gətirir, ancaq sözügedən lyüklar azyaşlı uşaqların əyləncəsinə mane olur.
Nəinki uşaqlar, hətta böyüklər belə artıq ehtiyatlı davranmağa məcbur olur. Çünki qapağı açıq qalmış lyüklar indiyə qədər bir neçə insanın həyatını itirməsinə səbəb olub.
"Uşaqlar bəzən burda rolik sürmək istəyir, biz də məcbur olub onların arxasıyca asta-asta gedirik. Başqa cür mümkün deyil. Uşaqdı, birdən ayağının altını görməz, yıxılar lyükün içinə. Çox qorxuruq birdən bədbəxt hadisə baş verər deyə. Əlaqədar qurumlar qısa müddətdə bu məsələyə müdaxilə etsələr, yaxşı olar."
Abşeron rayonundakı H.Əliyev parkındakı açıq lyüklar da bura istirahətə gələn insanlar üçün əsl dəhşət mənbəyidir.
Məsələ ilə bağlı münasibət öyrənmək üçün aidiyyati qurumlarla əlaqə saxlamaq istəsək də, dəstəyi qaldıran olmadı.
Bolgexeber.com