BolgeXeber.Com » Ölkə » Masallı DYP-nin baş inspektorundan nazirə müraciət ünvanlandı - ARAŞDIRMA+YENİLƏNİB(VİDEO)

Masallı DYP-nin baş inspektorundan nazirə müraciət ünvanlandı - ARAŞDIRMA+YENİLƏNİB(VİDEO)

2-05-2017, 09:27
Oxunub: 12 911 Masallı DYP-nin baş inspektorundan nazirə müraciət ünvanlandı - ARAŞDIRMA+YENİLƏNİB(VİDEO)Mircavad Əzizov da baş inspektor Şəmşir Kərimovun "əlinə keçib" və bu işdən ziyansız qurtula bilməyib

Bir neçə gün əvvəl bəzi xəbər portallarında Masallı rayonunda ikinci qrup əlil vətəndaşla Masallı Dövlət Yol Polisi Şöbəsinin baş inspektoru, polis kapitanı Şəmşir Kərimov arasında yaşanan münaqişə geniş müzakirəyə səbəb olmuşdu

Şikayətçi Rüstəm Qasımovun idarə etdiyi "Jeep Grand Cherokee" markalı avtomobilin pəncərələrindən tünd rəngli pərdə asdığına görə yol polisi əməkdaşları tərəfindən saxlanmışdı. Bu zaman baş inspektor, polis kapitanı Şəmşir Kərimov sürücüyə yanına gəlməyi əmr edib:
"Maşında oturmuşdum. Mənə dedi ki, tez maşından düş qaçaraq yanıma gəl. Mən də soruşdum ki, bu nə hərəkətdir, bu necə adam çağırmaqdır? O da əsəbləşib özü mənə yaxınlaşdı. Maşının qarşısına keçib yerə düşməyimi tələb etdi. Mən soruşdum ki, axı niyə düşməliyəm, hansı qaydanı pozmuşam? Heç nə demədən başqa bir inspektora göstəriş verdi ki, onun sənədlərini al. Həmin inspektor yaxınlaşıb özünü təqdim etdi və sənədləri istədi. Sonra isə əlini pəncərədən salıb qapını açdı. Bu zaman hamının "Şəmi" kimi tanıdığı Şəmşir Kərimov sol ayağımdan tutaraq məni sürüyüb maşından yerə saldı. Uzun sürən münaqişədən sonra maşını cərimə meydançasına aparılması ilə bağlı göstəriş verdi. Halbuki pərdələri elə yerindəcə çıxarmaq və bununla bağlı cərimə protokolu tərtib etmək olardı. Mən də gedib ödəyərdim."- deyə Rüstəm Qasımov bildirib.
Bu gün isə redaksiyamıza digər bir Masallı sakini Mircavad Əzizov tərəfindən şikayət daxil olub.
Belə ki, Mircavad Əzizov da baş inspektor Şəmşir Kərimovun "əlinə keçib" və bu işdən ziyansız qurtula bilməyib.
Şikayətçi bildirir ki, onun saxlanılmasına əsas səbəb kimi idarə etdiyi "VAZ 21-07" markalı, 44-BZ-430 dövlət nömrə nişanlı avtomobilin arxa təkərlərinin "purjunlarının" kəsdirməsi göstərilib.
Mircavad Əzizov da Rüstəm Qasımov kimi "Şəmi" kimi tanına baş inspektor ilə problemlər yaşayıb və onun da maşını cərimə meydançasına aparılıb.
Bu hadisədən sonra şikayətçi "Nuran Avtoservis" MMC-ə müraciət edib və kəsilən purjunların qanunda qeyd olunan qədər kəsildiyi rəsmi sənədlərdə öz əksini tapıb.
Artıq hər iki şikayətçi baş inspektorun qanunsuz əməllərinin qarşısının alınması üçün prezident İlham Əliyevə və Daxili İşlər naziri Ramil Usubova müraciət ünvanlayıblar. Onlar bu məsələnin tezliklə həll olunacağına ümid edirlər:
"Biz cənab prezident İlham Əliyevin və daxili işlər naziri Ramil Usubovun diqqət və qayğısının indiyə qədər şahidi olmuşuq. Bizim başımıza gələn bu xoşagəlməz hadisənin də aydınlığa qovuşmasında onların köməyinə ehtiyacımız var və biz inanırıq ki, şikayətimizlə bağlı aidiyyati qurumlara müvafiq tapşırıqlar veriləcək. Vəzifəsindən sui-istifadə edib vətəndaşları incidən vəzifə sahibləri mütləq cəzalandırılacaq. Biz ölkəmizdəki demokratiyaya və insan hüquqlarının qorunmasına necə diqqət göstərildiyini bilirik və inanırıq."- deyə şikayətçilər bildiriblər.

Redaksiyamıza daxil olan daha bir ilginc məlumat isə avtomobilinə pərdə çəkən sürücülərin avtomobilini cərimə meydançasına aparan baş inspektor Şəmşir Kərimovun aprelin 1-də Bakı istiqamətində idarə etdiyi 44-BC-999 dövlət nömrə nişanlı "Mersedes"in şüşələrinə çəkilmiş pərdədir.
Şəmşir Kərimov vətəndaşlarla danışığında hörmətsizlik nümayiş etdirməsi bir yana qalsın, qanunların ziddinə gedərək özü avtomobilinə pərdə çəkdirib. Görünür, o, qaydaların yalnız sadə vətəndaşlara şamil olduğunu düşünür, yoxsa belə etməzdi.
"Bölgə TV" əməkdaşları məsələ ilə bağlı BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevdən münasibət öyrənib.
Kamran Əliyev bildirib ki, bu məsələdən xəbərimiz var və bu istiqamətdə araşdırmalar aparılır.Yazıda adı keçən baş inspektor Şəmşir Kərimovun da mövqeyini dərc etməyə hazırıq. Araşdırmalarımız davam etdirilir.

Bu gün redaksiyamıza Masallı DYP-nin baş inspektoru Şəmşir Kərimovla bağlı daha bir neçə ilginc məlumat daxil olub.
Belə ki, sözügedən məsələnin araşdırılması prosesində Şəmşir Kərimov aidiyyatı qurumlara çağırılıb və ona şifahi xəbərdarlıq edilib.
Bundan əlavə, daxil olan məlumatlar arasında bəzi sual doğuran məqamlar da var:
Şəmşir Kərimovun minik maşınlarından əlavə yük maşınları da var?
Masallı-Yardımlı yolunun üzərindəki hansı istirahət mərkəzi Şəmşir Kərimovundur?
Baş inspektorun azyaşlı oğlu hansı əsaslarla radarlara nəzarət edir?

Deyilənlərin nə dərəcədə doğru olduğunu öyrənmək üçün hal-hazırda əməkdaşlarımız Masallı rayonuna ezam olunublar.
Yaxın saatlarda geniş təfərrüatlı videoreportajı "Bolgexeber.tv"də izləyə biləcəksiniz.


Şəmşir Kərimovun Bakı istiqamətində hərəkət etdiyi zaman lentə alınmış videonu sizə təqdim edirik:
Bolgexeber.com

Masallı DYP-nin baş inspektorundan nazirə müraciət ünvanlandı - ARAŞDIRMA+YENİLƏNİB(VİDEO)
Masallı DYP-nin baş inspektorundan nazirə müraciət ünvanlandı - ARAŞDIRMA+YENİLƏNİB(VİDEO)
Masallı DYP-nin baş inspektorundan nazirə müraciət ünvanlandı - ARAŞDIRMA+YENİLƏNİB(VİDEO)
Masallı DYP-nin baş inspektorundan nazirə müraciət ünvanlandı - ARAŞDIRMA+YENİLƏNİB(VİDEO)
Masallı DYP-nin baş inspektorundan nazirə müraciət ünvanlandı - ARAŞDIRMA+YENİLƏNİB(VİDEO)