BolgeXeber.Com » Ölkə » Azərbaycanda keçmiş nazir müavini öz ifası ilə müğənnilərə meydan oxudu - VİDEO

Azərbaycanda keçmiş nazir müavini öz ifası ilə müğənnilərə meydan oxudu - VİDEO

6-04-2017, 10:19
Oxunub: 2 080 Azərbaycanda keçmiş nazir müavini öz ifası ilə müğənnilərə meydan oxudu - VİDEOTəhsil nazirinin keçmiş müavini, Bakı Dövlət Universitetinin "Qafqaz xalqları tarixi" kafedrasının müdiri, tarix elmləri doktoru, professor İradə Hüseynovanın çoxlarına məlum olmayan bacarığı aşkarlanıb

Modern.az xəbər verir ki, professor İradə Hüseynova yaxşı mahnı oxumaq və rəqs etmək qabiliyyətinə malikdir. Eks-nazir müavininin bu qabiliyyəti hətta elə səviyyədədir ki, onun bəzi peşəkar müğənni və rəqqasələrlə rəqabət apara biləcək gücündə olduğu da bildirilir.

Xatırladaq ki, İradə Hüseynova 2002-2011-ci illərdə təhsil nazirinin müavini vəzifəsində çalışıb. Elm və təhsil sahəsindəki nailiyyətlərinə görə 2008-ci ildə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.

Hazırda Bakı Dövlət Universitetinin "Qafqaz xalqları tarixi" kafedrasının müdiridir. O, hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, həmçinin Bakı Dövlət Universitetində YAP Qadınlar Şurasının sədridir.

Ailəlidir, iki qizi, iki nəvəsi var.