BolgeXeber.Com » Analitika » "Qaçıblar, yaxşı ediblər" - Rəşid Mahmudov qardaşı qızını qaçıran əmi haqqında

"Qaçıblar, yaxşı ediblər" - Rəşid Mahmudov qardaşı qızını qaçıran əmi haqqında

6-04-2017, 14:22
Oxunub: 4 570 "Qaçıblar, yaxşı ediblər" - Rəşid Mahmudov qardaşı qızını qaçıran əmi haqqında"Qaçıblar, yaxşı ediblər"

Bolgexeber.com xəbər verir ki, bu sözləri tibb elmləri namizədi, ictimai xadim Rəşid Mahmudov axar.az-a Gəncədə baş vermiş olayla bağlı danışarkən deyib. O bildirib ki, bu məsələnin işıqlandırılması düzgün addım deyil:

"Qaçıblar, yaxşı ediblər. Belə hadisələr hər yerdə var. Xaricdə adamlar az qala öz anaları, bacıları ilə birlikdə yaşayır. Amma onlar bunu hamıya nümayiş etdirmirlər. Günah media əhlindədir ki, bunu işiqlandırıb hamıya göstərir. Bir şey olmamış problem yaradırlar".

Xatırladaq ki, Gəncə şəhərində üç uşaq atası 38 yaşlı Həsən Səfərov 23 yaşlı ailəli olan qardaşı qızını qaçırıb və onunla dini nikaha daxil olub.