BolgeXeber.Com » Dünya » Əsəd rejiminin əhaliyə qarşı işlətdiyi KİMYƏVİ SİLAH: İnsanlar şişir, qarınları partlayıb ölürlər... - Şok görüntülər - VİDEO

Əsəd rejiminin əhaliyə qarşı işlətdiyi KİMYƏVİ SİLAH: İnsanlar şişir, qarınları partlayıb ölürlər... - Şok görüntülər - VİDEO

7-04-2017, 10:47
Oxunub: 3 296 Əsəd rejiminin əhaliyə qarşı işlətdiyi KİMYƏVİ SİLAH: İnsanlar şişir, qarınları partlayıb ölürlər... - Şok görüntülər - VİDEOBəşər Əsəd rejimi dünən ölkənin şərqində yerləşən İdlib vilayətində terrorçulara qarşı kimyəvi silahdan istifadə edib

Zəhərli xlor qazı müxaliflərin məhvinə hesablansa da, ölən və yaralananlar arasında mülki şəxslər də var. Onların əksəriyyəti uşaqlardır. Ümumlikdə, 43 mülki şəxsin öldüyü, 215 nəfərin isə zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilməsinə beynəlxalq aləmdən sərt münasibət göstərilib. ABŞ Rusiya və İranı qısa müddətdə Bəşər Əsədə qarşı təzyiqləri artırmağa çağırıb.
Kimyəvi silah nədir?
Kimyəvi silah zəhərləyici təsirə malik maddələrin toksik xassələrinə əsaslanan kütləvi qırğın silahıdır. Tətbiq vasitələri raket, mərmi, mina və aviasiya bombaları olan bu silahdan ilk dəfə Birinci Dünya müharibəsi zamanı istifadə edilib.
Elə kimyəvi tərkiblər də var ki, onların istifadəsi canlı qüvvəyə qarşı istifadə olunmur. Məsələn,Vyetnammüharibəsində ABŞ ağaclardan yarpaqları tökən maddə olan dioksin "Agent Orange”-dən istifadə edib.
13 yanvar 1993-cü ildəParisdə 160 dövlətin iştirakı ilə "Kimyəvi silahların qadağan olunması” haqda Konvensiya imzalanıb. Konvensiya 1997-ci ildən qüvvəyə minib.Azərbaycanda isə Konvensiya 2000-ci ilin 30 martından qüvvəyə minib.
Suriya Konvensiyaya 2013-cü ildə qoşulsa da, üzərinə götürdüyü öhdəliyi pozaraq, kütləvi qırğın silahını tətbiq edib./metbuat.az