BolgeXeber.Com » İqtisadiyyat » Dolların bahalaşacağı gözlənilir

Dolların bahalaşacağı gözlənilir

7-04-2017, 12:10
Oxunub: 3 393 Dolların bahalaşacağı gözlənilirBu gün ABŞ-ın Federal Ehtiyat Sisteminin (Federal Reserve System, FED) faiz artırmaq üçün baxdığı mühüm bir göstərici - kənd təsərrüfatı xaric məşğulluq məlumatı açıqlanacaqdır

Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq mart ayı məşğulluq göstəricisinin 180 min olacağı gözlənilir. Yanvarda qeyri-kənd təsərrüfatında məşğulluq 235 min artmışdı.

Eyni zamanda, Martda ABŞ-da işsizlik nisbətinin 4,7%-də qalacağı, orta saatlıq maaşların 0,2% artacağı gözlənir. Fevralda ABŞ-da işsizlik 4,7% olmuş, orta saatlıq maaşların artımı isə 0,2% təşkil etmişdi.

Əgər açıqlanacaq faktlar proqnozlardan yüksək çıxarsa, dolların bahalaşacağı və FED-in daha çox faiz artıracağı ehtimalının daha da güclənəcəyi gözlənilir. (marja.az)