BolgeXeber.Com » Gündəm » Masallı DYP-nin baş inspektoru tərəfindən təzyiqə məruz qalan şəxsin vəkili açıqlama verdi
Masallı DYP-nin baş inspektoru tərəfindən təzyiqə məruz qalan şəxsin vəkili açıqlama verdi
7-04-2017, 13:19
Oxunub: 4 497
"Amma Şəmşir Kərimov məni maşından salmaq üçün nalayiq ifadələr belə işlətdi"
Bir neçə gün əvvəl saytımızda yayımladığımız Masallı rayonunda ikinci qrup əlil vətəndaşla Masallı Dövlət Yol Polisi Şöbəsinin baş inspektoru, polis kapitanı Şəmşir Kərimov arasında yaşanan münaqişə geniş müzakirəyə səbəb olmuşdu.
Belə ki, şikayətçi Rüstəm Qasımov Masallı DYP-nin baş inspektoru Şəmşir Kərimov tərəfindən saxlanılaraq, fiziki təzyiqə məruz qalmışdı.
Maşının pəncələrindən tünd rəngli pərdə asdığına görə saxlanılan Rüstəm Qasımov bildirib ki, əgər saxlanma səbəbim budursa, elə yerindəcə protokal tərtib etmək olardı, mən də gedib cəzasını ödəyərdim:
"Amma Şəmşir Kərimov məni maşından salmaq üçün nalayiq ifadələr belə işlətdi."
Məsələ ilə bağlı Rüstəm Qasımovun vəkili Qanqa İbrahimov ilə əlaqə saxladıq. Vəkil bildirdi ki, bizim əsas tələbimiz vəzifəsini düzgün icra edə bilməyən şəxsin cəzalandırılmasıdır:
"Bu gün Rüstəm Qasımovun səhhətində yaranmış problemlərlə bağlı Masallı rayon Mərkəzi Xəstəxanasına müraciət etdik. Həkim yoxlamalarından sonra məlum oldu ki, Şəmşir Kərimovun tətbiq etdiyi fiziki güc nəticəsində Rüstəm Qasımovun sol qarın və sol ayağın baldır nahiyyəsində sıyrıq izləri ortaya çıxdı. Bundan əlavə, bel nahiyyəsində vaxtilə əməliyyat olunmuş tərəfdə şiş əmələ gəlib.
Bütün bunlar vəzifə icrasının qeyri-peşəkarlığından qaynaqlanır. Məsələ ilə bağlı bütün aidiyyati qurumlara müraciət olunub. Artıq prokurorluq orqanlarına göndəriləcək müraciətlər də hazırlanıb və gün ərzində göndəriləcək." - deyə Qanqa İbrahimov bildirdi.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər