BolgeXeber.Com » Siyasət » “Tramp raket zərbələri ilə göstərdi ki, onunla zarafat etmək olmaz”

“Tramp raket zərbələri ilə göstərdi ki, onunla zarafat etmək olmaz”

7-04-2017, 17:57
Oxunub: 3 187 “Tramp raket zərbələri ilə göstərdi ki, onunla zarafat etmək olmaz”“Tramp raket zərbələri ilə göstərdi ki, onunla zarafat etmək olmaz”Natiq Miri: “ABŞ-ın bu addımı Rusiya və İran üçün də ciddi mesajdır”

ABŞ-ın Suriyaya məlum raket həmləsindən sonra bəzi analitiklər tərəfindən kifayət qədər düşündürücü iddialar səslənməkdədir. Bunlardan biri də Suriyada kimyəvi silah tətbiqi ilə bağlı deyilənlərin arxasında ABŞ-ın dayandığı və bunun Pentaqonun Suriyaya hərbi müdaxilə üçün zəmin olduğu fikridir.
Maraqlıdır, doğrudanmı bütün baş verənlər ABŞ-ın Suriyaya hərbi müdaxiləsinə zəmin hazırlamağa hesablanıb?
Moderator.az-a açıqlama verən Azərbaycan Milli Strateji Təhqiqatlar İnstitutunun prezidenti, politoloq Natiq Miri məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Bu məsələyə birmənalı cavab vermək mümkün deyil. Bunun üşüm ciddi əsaslar olmalıdır. Lakin istisna deyil ki, Suriyaya hərbi müdaxilə üçün müəyyən zəmin yaradılsın. Bu cür şeylər qlobal siyasətdə mümkündür. Ancaq onu da unutmaq lazım deyil ki, bu, Əsəd rejiminin öz xalqına qarşı kimyəvi silah tətbiq etməsi ilə bağlı brinci hal deyil. Bu hal dəfələrlə baş verib. Obama dönəmində də bu məsələ BMT TŞ səviyyəsində müzakirə olunub, müvafiq qərar qəbul edilib. Bundan sorna ABŞ və Rusiya öz üzərlərinə öhdəlik götürdülər ki, Suriyadakı kimyəvi silahları tamamilə məhv etsinlər. Bu silahaların məhv edilməsi öhdəliyi bilavasitə Rusiyanın üzərinə qoyulmuşdu. Bu gün ABŞ məhz Rusiyanı ittiham edir və bildirir ki, əgər bu silahlar tamamilə məhv edilmiş olsaydı, o zaman Suriya xalqına qarşı kütləvi qırğın silahını istifadə etmək olmazdı.
Əsəd hesab edirdi ki, qlobal səviyyədə cəzasızlıq mühiti var və Rusiya sanki bütün dünyaya öz şərtlərini diktə edə biləcək səviyyədədir. Odur ki, rahat bir şəkildə öz xalqını bombalayır, hətta kimyəvi silahlardan istifadə edirdi. Tramp dönəmində isə vəziyyət dəyişdi. ABŞ-ın yeni administrasiyası göstərdi ki, onlarla zarafat etmək olmaz. ABŞ-ın bu zərbəsi yalnız Əsəd rejiminə deyil, onun havadarları olan Rusiya və İrana da ciddi mesaj idi. ABŞ bununla göstərdi ki, Suriya probleminin dominantı artıq onlar deyil. Yeni dominant ölkə ABŞ-dır. ABŞ dövlət katibi də açıqlama verdi ki, artıq Suriya sülh prosesi Cenevrədə yürüdüləcək. Dolayısı ilə, ABŞ-ın moderatorluğu ilə davam edəcək.
Əslində, Suriyaya hərbi müdaxilə üçün ABŞ-a elə bir zəmin də lazım deyildi. ABŞ zatən Rakkanı azad etmək üçün ciddi hazırlıq görürdü. Sadəcə Rusiya, kimyəvi silahın tətbiqini birmənalı inkar etməklə ABŞ-ın əlinə əsas vermək istəmir”.