BolgeXeber.Com » Dünya » İctimai yerlərdə siqaret qadağan olundu

İctimai yerlərdə siqaret qadağan olundu

18-10-2012, 13:55
Oxunub: 4 103
Rusiya hökuməti ictimai yerlərdə siqaret çəkilməsini qadağan edən qanun layihəsini qəbul edib.

Bu barədə Bolgexeber.com RİA Novosti-yə istinadən məlumat verir. Qanun layihəsi heç bir etiraz olmadan qəbul edilib.
"Qərar qəbul etmək lazımdır, mədəni istiqamətdə irəliləməliyik, çünki bunu bütün dünya edir", - müzakirələrə yekun vuran Baş nazir Dmitri Medvedev deyib.
Sənəd siqaretin dükanlarda satışının qadağan edilməsini, tütün məmulatlarının və uşaqlar üçün nəzərdə tutulan yeni audivizual əsərlərdə siqaret çəkilməsi prosesinin nümayişinin qadağan edilməsini nəzərdə tutur.