BolgeXeber.Com » Dünya » Arvadından Facebookda üzr istəməsə, həbs olunacaq

Arvadından Facebookda üzr istəməsə, həbs olunacaq

10-04-2017, 09:29
Oxunub: 3 720 Arvadından Facebookda üzr istəməsə, həbs olunacaqAmerikada Bayron adlı kişi Facebook sosial şəbəkəsində münasibətləri gərginləşən sabiq həyat yoldaşı barədə aqressiv status yazıb

Qadın da bu statusu görüb və sabiq ərini məhkəməyə verib. Məhkəmənin qərarına görə, Bayron hər gün səhər saat 9-a qədər Facebook-da arvadından üzr istəməlidir. Bu üzrxahlıq Bayronun profilində yerləşdirilməlidir. Əgər Bayron bu şərtə əməl etməsə, 60 gün müddətinə azadlıqdan məhrum ediləcək.

Bayrona problem yaratmış status isə aşağıdakı kimi olub: “Oğlumu məndən tamamən qoparmaq, ayrı salmaq istəyən küdurətli, kinli qadınsan. Yetər ki, onu səndən almağımdan qorxduğunu deyəsən. Sən şeytansan!”