BolgeXeber.Com » Sosial » Prezidentdən sərt xəbərdarlıq: marketlərdə reydlər başlanır – Təcili

Prezidentdən sərt xəbərdarlıq: marketlərdə reydlər başlanır – Təcili

11-04-2017, 12:57
Oxunub: 3 140 Prezidentdən sərt xəbərdarlıq: marketlərdə reydlər başlanır – TəciliManatın dollara qarşı möhkəmlənməsi bazarlarda qiymətlərin ucuzlaşmasına dəlalət edir

Reallıq isə ondan ibarətdir ki, marketlərdə, bazarlarda ucuzlaşma müşahidə olunmur

Artıq İqtisadiyyat Nazirliyi hərəkətə keçib. Prezidentin çıxışından sonra reydlər başlanır.

“Süni qiymət artımına yol verilməməlidir”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqində deyib.

Dövlətimizin başçısı qeyd edib ki, 2017-ci il yaxşı başlayır, yaxşı nəticələr var: “Çalışmalıyıq ki, il ərzində bu dinamikanı saxlayaq və 2017-ci ili də uğurla başa vuraq. Önəmli məsələlərdən biri təbii ki, makroiqtisadi sabitlikdir.

Bu makroiqtisadi sabitliyi möhkəmləndirməliyik. Süni qiymət artımına yol verilməməlidir. İstehlak qiymətlərinə daim diqqət göstərilməlidir, bu, nəzarət altında olmalıdır.

Hesab edirəm ki, bütövlükdə makroiqtisadi sabitlik baxımından 2017-ci il əvvəlki illərlə müqayisədə daha uğurlu olacaqdır. Bunu deməyə kifayət qədər əsaslar var. Bu istiqamətdə düşünülmüş və çox çevik siyasət aparılmalıdır”.

Ulus.Az xəbər verir ki, nazirliyin reydi zamanı da qiymətlərin tənzimlənməsi istiqamətində real addımlar atıla bilər.

Novruz bayramından sonra qiymət artımının səngiməsi gözlənilsə də, bu baş vermədi. Xüsusən də ərzaq və kənd təsərrüfatı məhsullarında qiymət artımı davam edir.

Hazırda gündəmin əsas mövzularından biri xaricdən idxal olunan bananın 4 manatdan baha satılmasıdır. Normal günlər 2.50 manata satılan, bayram ərəfəsində 3 manata kimi bahalaşan bananın kiloqramı hazırda 4 manatın üzərindədir.

Hələlik Azərbaycanda bazarlar faktiki olaraq valyuta məzənnəsində baş verən dəyişiklikləri qiymətləndirə bilməyib.

Çünki həm administrativ qaydada bu qiymətləndirməyə müdaxilələr oldu. Amma hazırda müşahidə olunan təsir alıcılıq gücünün azalmasıdır. Ola bilsin ki, kənd təsərrüfatı məhsullarının bir qismində mövsümi olaraq qiymətlərin bahalaşması prosesi baş versin.

Çünki ehtiyat olaraq yığılmış kənd təsərrüfatı məhsullarının bir hissəsi bayram ərəfəsində satıldı. Məhz bu səbəbdən də ola bilsin ki, bu məhsulların satışında azalma baş verib.