BolgeXeber.Com » İqtisadiyyat » Ləğvi növbədə ASC-lər: Əhmədzadə və “Azəravtoyol” sədri faş edildi - Rəsmi faktlar

Ləğvi növbədə ASC-lər: Əhmədzadə və “Azəravtoyol” sədri faş edildi - Rəsmi faktlar

11-04-2017, 12:59
Oxunub: 3 972 Ləğvi növbədə ASC-lər: Əhmədzadə və “Azəravtoyol” sədri faş edildi - Rəsmi faktlarAzərbaycanda dövlət məmurlarının korrupsiya əməlləri ifşa edilməkdədir

Neftin də dünya bazarında bahalaşacağı gözlənilmədiyi üçün hakimiyyət reformalara məcburdur

Bu siyahıda isə xeyli sayda ASC var. Onların indiyə qədər fəaliyyəti də səmərəsiz olub. Prezident həmin qurumların başqa strukturlara birləşdirilməsini zəruri hesab edib.

“Azərenerji” ASC, “Azəravtoyol” ASC, “Azəristiliktəchizat” ASC, "Meliorasiya və Su Təsərrüfatı" ASC, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ləğv prosesinə yaxınlaşır. Bu qurumların birləşdirilməsi nəzərdə tutulur.

Nəticədə narazı məmur ordusu yarana bilər. Amma illərlə korrupsiya və talançılıq yuvasına çevrilmiş ASC-lərin xalqa xidməti də yoxdur. Artıq Milli Məclisdə bu qurumların ləğvi məsələsi qaldırılıb.

Ləğvi növbədə ASC-lər: Əhmədzadə və “Azəravtoyol” sədri faş edildi - Rəsmi faktlarAzərbaycanda dövlət məmurlarının korrupsiya əməlləri ifşa edilməkdədir

İki dövlət qurumu rəsmən Hesablama Palatası tərəfindən fakt qarşısınfa qoyulub.

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin dövlət büdcəsinin "Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi" bölməsindən maliyyələşən suvarma sistemləri idarəsinin fəaliyyəti və suvarma suyunun Sudan İstifadəçilər Birliklərinə (SİB) və su istehlakçılarına satışı vəziyyətinə dair ekspert-analitik fəaliyyət üzrə SİB-lər tərəfindən suvarma suyunun satış qiymətinin müəyyənləşdirilməsi bir çox hallarda əsaslı olmayıb.

Bu barədə Hesablama Palatasının 2016-cı il üzrə hesabatında deyilir. Sənəddə qeyd olunub ki, suvarma sistemləri idarələri tərəfindən SİB-lərin tətbiq etdikləri suyun qiymətinin "Suvarma Xidmət Haqqı" (SXH) əsaslığına lazımı nəzarət təmin olunmayıb.

Ulus.Az-ın xəbərinə görə, “Azəravtoyol” sədri Saleh Məmmədov da fakt qarşısında aciz qalıb. Hesablama Palatası baş yolçəkəni də ictimaiyyət önündə rüsvay edib.

2015-ci ildə "Avtomobil yolları" Məqsədli Büdcə Fondunun təsdiq edilmiş xərclər smetasında 290 mln. min manat vəsaitin 2 mln. 834,6 min manatı "Azəravtoyol" ASC-nin aparat xərclərinə, 287 mln. 165,4 min manatı isə yerli qurumlara nəzərdə tutulduğu halda dövlət şirkətinin aparat xərclərinə 2 mln. 989,6 min manat və ya smeta xərclərindən 155 min manat çox, yerli qurumların saxlanılmasına isə 287 mln. 10,4 min manat və ya smeta xərclərindən 155 min manat az xərc edilib.
Bu barədə Hesablama Palatasının 2016-cı il üzrə hesabatında deyilir. Yerli qurumlar üzrə smeta xərclərinin faktiki xərclərdən az olmasının səbəbi aparat tərəfindən yerli qurumlar üzrə təsdiq edilmiş smetada yolların saxlanılması və istismarı üzrə bəzi xərclərdən azaldılması və təyinatının dəyişdirilərək 155 min manat məbləğində aparat üçün digər maşın avadanlıqların alınması üçün xərc edilməsi hesabına olub.