BolgeXeber.Com » Dünya » Suriyada rusiyalı hərbçilər ölüb

Suriyada rusiyalı hərbçilər ölüb

11-04-2017, 17:42
Oxunub: 2 478 Suriyada rusiyalı hərbçilər ölübSuriyada terrorçuların hücumu nəticəsində 2 rusiyalı hərbçi həlak olub

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, hadisə mina partlayışı nəticəsində baş verib. Yaralanan daha bir rusiyalı hərbçinin yaşaması üçün həkimlər mübarizə aparır.

Qeyd olunur ki, müqavilə əsasında Suriya bölmələrindən birində təlimçi qismində xidmət keçən rusiyalı hərbçilər və rusiyalı hərbi müşavir terrorçular tərəfindən minaatan hücumuna məruz qalıb.