BolgeXeber.Com » Siyasət » Donald Tramp Bəşər Əsədi “heyvan” adlandırıb

Donald Tramp Bəşər Əsədi “heyvan” adlandırıb

12-04-2017, 09:24
Oxunub: 3 102 Donald Tramp Bəşər Əsədi “heyvan” adlandırıb“Rusiya gedib o heyvanı dəstəkləməsəydi, heç bir problem də olmayacaqdı”

ABŞ prezidenti Donald Tramp suriyalı həmkarı Bəşər Əsədi “heyvan” adlandırıb

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Tramp bunu “Fox Business” telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, Rusiya Suriya hakimiyyətini dəstəkləməsəydi, bu ölkədə heç bir problem olmazdı.

“Rusiya gedib o heyvanı dəstəkləməsəydi, heç bir problem də olmayacaqdı”, - deyə Tramp B.Əsədlə bağlı sualı cavablandırarkən bildirib.

ABŞ prezidenti Suriya ordusunun bazasına raket zərbəsinin endirilməsinin zəruri olduğunu vurğulayıb.

“Bunu vaxtı ilə Barak Obamanın administrasiyası etməli idi”, - deyə Tramp əlavə edib.