BolgeXeber.Com » İdman » ÇL: "Yuventus" "Barselona"nı böyük hesabla darmadağın etdi - VİDEO

ÇL: "Yuventus" "Barselona"nı böyük hesabla darmadağın etdi - VİDEO

12-04-2017, 10:45
Oxunub: 3 393 ÇL: "Yuventus" "Barselona"nı böyük hesabla darmadağın etdi - VİDEOFutbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib

"Report"un məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutub.
İtaliyada "Yuventus" İspaniya "Barselona"sını qəbul edib. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. İlk yarıda Paulo Dibala "dubl" edib. O, 7-ci və 22-ci dəqiqələrdə fərqlənib. Argentinalı hücumçu Kataloniya komandasını Çempionlar Liqasında ən erkən qolla məyus edən futbolçu olub. O, həm də "Barsa"nın qapısından ən erkən 2 qol keçirən futbolçular siyahısında 2-ci yerə yüksəlib. Bu göstəricidə birinci yer Ukrayna "Şaxtyor"unun sabiq forvardı Culius Aqahovaya məxsusdur. O, 2004-cü ildə kataloniyalılara 21 dəqiqəyə 2 qol vurub.
Oyunda son nöqtəni isə 55-ci dəqiqədə Corco Kyellini qoyub. İtaliyalı müdafiəçi son 8 ildə ilk dəfə Çempionlar Liqasında fərqlənib.
Qeyd edək ki, Almaniyada Dortmund "Borussiya"sı ilə Fransa "Monako"su arasında keçirilməli olan günün digər matçı meydan sahiblərinin avtobusu qarşısında partlayış baş verməsi səbəbindən təxirə salınıb. Oyun aprelin 12-də Bakı vaxtı ilə saat 20:45-də başlanacaq. 1/4 final mərhələsinin digər oyunları da sabah olacaq.